Gənc Marneuli verilişi - Qonağımız Gənc memar Tural Şahzadəyev oldu
Qonağımızla yeni layihəsindən və memarlıqdan danışdıq. Turalın memarlığa olan həvəsi tikilmiş binaların və məscidlərin formasına olan marağından sonra yaranıb.

O, 8 il Bakı şəhərində tikinti və memarlıq şöbəsində tikinti mühəndisi kimi işləyib.

Daha sonra isə Gürcüstana qayıdaraq burada öz işini qurmaq qərarına gəlib. Hal-hazırda "Tala" adlı yeni layihə bürosunu yaradıb və layihəsində müştərilərə istənilən növ daşınmaz əmlakın layihə və qeydiyyat sənədlərinin hazırlanmasını təklif edir.

Tural memar olmaq arzusunda olan gənclərə dahi Nizami Gəncəvinin sözlərini misal gətirib "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan" deyərək gənclərə sahib olduqları işin peşəkarı olmalarını və işlərini sevmələrini arzu etdi.




Daha ətraflı verilişi dinləyin.

"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə bilərsiniz.

Print Email
FaceBook Twitter Google