Qonağımızla Məhərrəm ayının əhəmiyyətindən danışdıq. Hacı Qurban
Məhərrəm ayının mənası barədə məlumat verdi.
Məhərrəm ayı hicri-qəməri təqvimdə ilin birinci ayıdır. Bu ayın
özəlliyi ondan ibarətdir ki, peyğəmbərin davamçıları, müsəlmanlar
və eyni zamanda İmam Hüseyin (ə.s) bu ayda şəhadətə yetişib.
Buna görə də müsəlmanlar bu ayı "Qəmli Ay" kimi qəbul edirlər. Hacı
Qurban bildirdi ki, bu ayda isanlar İmam Hüseynə əza saxlayaraq,
əza məclisləri qururlar, məscidlərə Hüseyniyələrə gedirlər və sinə
vuraraq, rövzə deyirlər.
Daha ətraflı verilişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir.
Verilişi hər çərşənbə axşamı saat 12:00-da, təkrarını isə hər
şənbə saat 12:00-da dinləyə bilərsiniz.