Aysun Bozduyeva "FLEX" proqramının ikinci mərhələsini uğurla keçib.
Aysun Marneulinin fəal gənclərindəndir.
Bu gün qonağımızla "FLEX" proqramı haqqında və eləcə də təhsil
haqqında geniş şəkildə danışdıq.
Aysun Amerikada təhsil almanın onun üçün nə qədər faydalı və
əhəmiyyətli olacağını dedi. Həmçinin bizə təhsil və gələcəklə bağlı
planlarından danışdı. Onun ən böyük arzusu qadınlar üçün təşkilat
yaratmaq və bu təşkilat sayəsində qadınların təhsilə olan
maraqlarında onlara dəstək olmaqdır.
Daha ətraflı verilişi dinləyin.
"Marneuli" Radiosunun jurnalisti Pərvin Hacıyeva sizləri “Gənc
Marneuli” verilişini dinləməyə dəvət edir. Verilişi hər çərşənbə
axşamı saat 12:00-da, təkrarını isə hər şənbə saat 12:00-da dinləyə
bilərsiniz.