Bu gün "Gənc Marneuli" verilişinin qonaqları Əziz Qəniyev və İdris Rüstəmov oldu
Bu
gün saat 12-də efirə gedən "Gənc Marneuli" verilişinin qonaqları
çəkdikləri qısametrajlı filmlə "Gipa Media Lab" proqramında qalib
olan gənclər Əziz Qəniyev və İdris Rüstəmov
oldu.
Veriliş zamanı qonaqlarımızla hazırladıqları filmlərin mövzusundan,
çəkiliş zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açdıq.
Gənclər qalibiyyət sevinclərini bölüşərək 31 iyul tarixinin
unudulmaz tarix olduğundan danışdılar.
Daha ətraflı verilişi dinləyin
"Marneuli" Radiosunun jurnalisti Pərvin
Hacıyeva sizləri “Gənc Marneuli” verilişini dinləməyə dəvət edir.
Verilişi hər çərşənbə axşamı saat 12:00-da, təkrarını isə hər şənbə
saat 10:00-da dinləyə bilərsiniz.