Gürcüstanda koronavirusa yolxma hallarının sayı daha 8 nəfər
artaraq 746-ya çatıb.
Bu barədə məlumat hökumət tərəfindən xüsusi yaradılmış stopcov.ge
saytında verilib. Sağalanların sayı isə daha 3 nəfər artaraq 576
nəfər olub.
Karantin rejimində 2966, stasionarda xüsusi nəzarət altında isə 250
nəfər var.
Gürcüstanda koronavirus səbəbindən bu günə kimi 12 nəfər vəfat
edib.
Xarici ölkələrdən müalicə üçün 3 Gürcüstan vətəndaşı ölkəyə
gətirilib.