Liberal demokratiyanı
əsas xarakterizə edən hakimiyyətin bölünməsi
prinsipidir.Hakimiyyətin bölünməsi
prinsipi hakimiyyətin üç şöbəyə bölünməsini nəzərdə tutur –
qanunverici, icraçı və məhkəmə.
Bu üç bölmə arasında hakimiyyətin bölünməsi elə ayrılıb ki, onların
bir-birini yoxlamaq və balanslaşdırmaq imkanı var. Bu səlahiyyətlər
hakimiyyət gücünün hansısa bir bölmənin ya onun rəhbərinin əlinə
düşməməsinə və birmənalı idarəçilik əldə etməyə istiqamətlənib.
Məhz belə qarşılıqlı balans demokratik ictimaiyyətin və dövlətin
mövcud olmasını yaradır.
Məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin başqa bölmələrindən
asılıdır və onu yalnız məhkəmələr həyata keçirir. Hüquq məhkəmə
hakimiyyətinin həyata keçirilməsinin formalarından biridir və onu
ümumi məhkəmələr mülki, inzibati və cinayət hüququ vasitəsilə
həyata keçirirlər.
Mülki hüquq fərdi şəxslər arasında olan davaların həllini nəzərdə
tutur. İnzibati hüquq fərdi şəxslərlə dövlət, inzibati orqanlar
arasında olan davaları həll edir. Cinayət hüququ isə cinayətə
reaksiya göstərmək şəklində qanunu icra etməkdir.
Cinayət məcəlləsi qanunu dövlətin əlində olan ən güclü və repressiv
mexanizmdir. Cinayət qanunu insanın azadlıqdan məhrum edilməsi ilə
əlaqədardır. Azadlıq insan üçün demək olar ki, ən vacib və dəyərli
olan xeyirxahlıqdır.
Cinayət işlərinin müzakirəsində bəzi hallarda andlı məhkəmədən
istifadə olunur. Andlı məhkəmə vasitəsilə vətəndaşlar özləri
məsələnin həllinə qoşulurlar.
Andlı məhkəmə 12 hakimdən ibarət olur. Onları ərazi prinsipinə
uyğun olaraq müvafiq proseduralarla seçirlər. Yəni, müvafiq ərazi
vahidlərində, məsələn MArneulidə qeydiyyat olunmuş sakinlər
arasından təsadüfən seçim yolu ilə müəyyən sayda andlı hakimlərə
namizəd seçilir və onlara müəyyən sorğular göndərilir.
Andlı hakim müəyyən meyarları qane edən hər hansı şəxs ola bilər.
Andlı hakim mütləq 18 yaşı tamam olan şəxs olmalıdır. Məhkəmə
prosesinin dilini bilməlidir, Şərqi ya Qərbi Gürcüstanda
yaşamalıdır bə fiziki ya psixoloji məhdudiyyəti olmamalıdır ki,
onun andlı hakim öhdəliyini yerinə yetirməsinə mane olsun.
Andlı hakimlərin qərar qəbul etmə prosesində olan, birbaşa onların
şəxsi öhdəliyini yerinə yetirməsi ilə əlaqədar olan hər hansı
xərcini dövlət qarşılayır. Qeyd etmək lazımdır ki, işlə təmin
olunan andlı hakimin fəaliyyət zamanı iş yeri və əmək haqqı olduğu
kimi qalır.
Gürcüstan qanunvericiliyi eləcə də birbaşa məhdudiyyətləri də
nəzərə alır ki, hansı hallarda şəxs andlı hakim ola ya olmaya
bilər. Bu kimi məhdiyyət dövlət-siyasi vəzifə tutan şəxslərə,
prokurorlara, müstəntiqlərə, polislərə, vəkillərə, çalışan hərbi
xidmətçilərə, dini şəxslərə, qeyd olunan cinayət prosesində iştirak
edən şəxslərə, müttəhimlərə, narkotik maddədən az mqidarda istifadə
etmək üçün inzibati vergi öhdəliyi qoyulan və həmin inzibati
verginin təyin edilməsindən 1 ildən az vaxt keçən və məhkum olunan
şəxslərə aiddir.
Qeyd etmək lazımdır ki, Gürcüstan Konstitusiyasına əsasən bütün
şəxslərin öz hüququnu qoruması üçün məhkəməyə müraciət etmək hüququ
var ki, məhkəmə işi ədalətli və vaxtında müzakirə etsin.