Sosial Xidmət Agentliyinin Marneuli şöbəsinə 200-ə yaxın özünü işlə
təmin etmiş şəxs müraciət edib.
Bu barədə məlumatı qeyd olunan xidmətin rəhbəri Mamuka Şubitidze
verib.
"Pandemiya dövründə işini itirmiş şəxslər həqiqətən də
işlə təmin olunduqlarını təsdiq edən sənəd təqdim etməlidirlər.
Səhiyyə Nazirliyinin xüsusi veb səhifəsində qeydiyyatdan keçmək
mümkündür. Özləri qeydiyyatdan keçə bilmədikləri halda bizim
yanımıza gəlsinlər, biz onlara qeydiyyatdan keçməyə kömək
edərik", – Mamuka Şubitidze bildirib.
Gürcüstan hökumətinin böhrana qarşı planına əsasən işsiz qalan, işə
götürülən, özünüməşğullar dövlətdən pul yardımı alacaqlar.
Qeyri formal sektorda çalışanlar, yaxud özünüməşğullar gəlirlərini
itirdiklərini təsdiq etdikləri halda birdəfəlik 300 lari
alacaqlar.
Vətəndaşlar Səhiyyə Nazirliyinin veb səhifəsində qeydiyyat portalı
vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı
çərçivəsində ABŞ səfirliyi tərəfindən maliyyələşdirilir. Verilişdə
səsləndirilən fikirlər müəllifə aiddir və ABŞ Dövlət
Departamentinin mövqeyini əks etdirməyə bilər.