Qida təhlükəsizliyi üzrə dövlət nəzarətinin idarə strukturu bir
neçə komponenti əhatə edir.
Gəlirlər Xidmətinin Gömrük Departamenti - Gürcüstanın Maliyyə
Nazirliyinin sisteminə daxil olan Gəlirlər
Xidmətinin Gömrük Departamenti sərhəddə qida təhlükəsizliyinə
nəzarəti həyata keçirir. Gömrük Departamentində isə sanitar,
fitosanitar və baytar nəzarət idarəsi fəaliyyət göstərir.
Gürcüstanın iqtisadi sərhəddindən yük keçirən zaman tənzimləmə
obyektinə görə məsuliyyət daşıyan
şəxs, gətirilən yük haqqında
məlumatları yükün keçiriləcəyi sərhəd müfəttişlik məntəqəsinə
çatdırmaq məcburiyyətindədir:
a) Quru yolla gətirən zaman – 24 saat əvvəl;
b) Dəniz yolu ilə gətirən zaman – yükləmə əməliyyatlarına
başlamazdan 24 saat əvvəl;
c) Hava yolu ilə gətirən zaman – hava gəmisinin Gürcüstan
Beynəlxalq Aeroportuna uçuşdan ən az 2 saat
əvvəl.
Əgər tənzimləmə obyekti fitosanitar ölçüləri qane etmirsə:
• Ona Gürcüstan ərazisinə giriş qadağandır, fitosanitar
sertifikata yaxud başqa sənədə həmin qaydanın N3 əlavəsi
ilə nəzərdə tutulmuş qeyd vurulacaq:”malın daxil edilməsinə icazə
verilmədi – qaytarılıb”;
• Əgər qeyd olunan hərəkət aşkarlanan riski istisna edirsə, ola
bilsin işlənməli, çeşidlənməli, qablaşdırılma
dəyişdirilməli yaxud təkrar emal edilməlidir;
• Dayandırma – müvafiq sənədləşdirmə zamanı əgər əlavə sənədlərin
təqdim olunmasına ehtiyac varsa bu halda
istifadə oluna bilər (lazımı sənədlərin təqdim olunması üçün şəxsə
3 iş günü vaxt verilir), müşahidə və
araşdırma yaxud sonrakı müfəttişlik, analiz və işlədilmə.
Fitosanitar sertifikata bu qaydanın N9 əlavəsi ilə
nəzərdə tutulmuş qeyd vurulacaq:”dayandırılmaya tabedir” və nəzarət
obyekti karantin dayanacağında hərəkət
edəcək;
• Məhv etmək – mal sahibinin müəyyənləşdirilməsi yaxud
gətirilməsinə icazə verilməyən malın aparılması
mümkün olmayan halda istifadə olunur.
Qida təhlükəsizliyinin təmin olunması istiqamətində müəyyən edilmiş
funksiyaları agentlik həyata keçirir: Qida Departamenti və
qida/heyvan qidalarının Müfəttişlik Departamenti.
İki növ uyğunsuzluq mövcuddur:
qeyri-tənqidi və
tənqidi.
Biznes operatorla tənqidi uyğunsuzluq aşkarlanan halda istehsal
prosesi uyğunsuzluq düzələnə qədər dayandırılmağa tabedir.
Qeyri-uyğunsuzluq aşkarlanan halda isə biznes operatora
uyğunsuzluğu düzəltmək üçün vaxt verilir. Qeyd olunan vaxt
keçdikdən sonra biznes operator yoxlanılır.
Monitorinq - dövlət nəzarətinin illik proqramı çərçivəsində
monitorinq həyata keçirilir və bu zaman nümunə götürmək yolu ilə
ərzağın təhlükəsizlik göstəricisinin yoxlanılması həyata
keçirilir.
Nümunə götürməkdən əlavə monitorinq mütəxəssisləri biznes
operatorun sənədlərini yoxlayırlar, istifadəçilərdən gələn
şikayətlərə reaksiya göstərirlər və müddəti keçmiş qidanın məhv
olunmasına nəzarət edirlər. Sənədli yoxlama zamanı məhsulun yararlı
olma müddətinin müəyyənləşdirilməsi və etiketin yoxlanılması
prosesi aparılır.
Ərzağın etiketləşdirilməsi:
Ərzağın tərkib siyahısının müvafiq başlığı olmalıdır -“tərkib”.
Bu hal yalnız məhsulun bir ərzaqdan ibarət olduğu hallaraaid deyil.
Etiketdə yerləşdirilmiş məlumatın vacib elementləri: məhsulun adı,
siyahısı ən böyük kütlə daşıyan ərzaqlarla başlamalıdır. Qabığı
soyulmuş,doğranmış yaxud oxşar şəkildə hazırlanmış meyvə və tərəvəz
üçün ərzaqların siyahısının qeyd olunması məcburi deyil. Əgər
başlığında karbon qazı ilə dolu olduğu qeyd olunubsa o zaman bu
qayda qazlı içkilərə aid deyil.
Etiketdəki ərzağın qida dəyəri haqqında məlumat istifadəçiyə
məhsuldakı yağların, zülalların, karbohidratların, vitaminlərin
yaxud mineral maddələrin sayı haqqında məlumat verir. Yaşıl
bitgilərin, ədviyyat və ədvaların, qəhvə, çay və sirkə, süfrə duzu
və saqqız, qida feqmentləri, əlavə qidaların və aramatizatorlar
olan halda qida dəyərinin qeyd olunmaması yolveriləndir. Həmin
tənzimləməyə əsasən istifadə zamanı həqiqətdə həmin ərzağa aid
olmayan təsirlərin qeyd olunması yolverilməzdir. Yeni texniki
reqlament etiketdə şriftin ölçüsü ilə bağlı tələbləri də nəzərdə
tutur. Məsələn, allergiya yaxud yüksək həssaslıq yaradan bəzi
maddələrin yaxud məhsuldan istifadə halında həmin ərzaq siyahıda
şrift, fon, stil yaxud rənglə fərqlənməlidir.
Biznes operatorları üçün hansı sanskiya təhlükəsi
var?
Qidanın/heyvan qidalarının təhlükəsizliyinin, baytarlıq və
bitgiçiliyin müdafiəsi məcəlləsinin 741-ci maddəsinin birinci və
ikinci bəndlərinə uyğun olaraq ərzağın etiketləşdirilməsi
qaydasının pozulması üçün kiçik biznes statusu olan biznes operator
200 lari, başqa biznes operatorlar isə 400 lari cərimələnəcək.
Həmin hərəkət 1 il ərzində yenidən təkrar olunarsa 600 larilik
cərimə yazılacaq.
Bundan əlavə həmin qanuna (741-ci maddənin 3-cü və 4-cü bəndləri)
uyğun olaraq istifadəçiyə ərzaq haqqında məlumatvermək qaydasının
pozulmasına görə kiçik biznes statusu olan biznes operatorlar 200
lari, başqa biznes operatorlar 400 lari, həmin hərəkəti 1 il
ərzində təkrar törədənlər isə 600 lari cərimələnəcək.
Layihə Demokratiya Komissiyasının kiçik qrantlar
proqramı çərçivəsində, ABŞ səfirliyi tərəfindən maliyyələşdirilib.
Nəşriyyatda qeyd olunan fikirlər müəllifə məxsusdur və ABŞ Dövlət
Departamentinin fikrini əks etdirməyə bilər.