Müzakirə nöqtəsi
“Müzakirə Nöqtəsi” verlişinin qonağı Əhməd İmamquliyev- Bələdiyyənin fəaliyyətinin qiymətləndirilməsi
Bir il ərzində Marneuli Bələdiyyəsində kifayət qədər dəyişikliklər baş verdi, bunun müsbət və ya mənfi olmasına dair müxalifət tərəfin fikirləri çox önəmlidir, qarşı tərəf kimi bu gün biz bələdiyyə məclisinin Avropalı Gürcüstan Partiyasından seçilmiş üzvü Əhməd İmamquliyevlə birgə dəyərləndirmə aparacağıq, bir il ərzində nələr baş verdi, nə kimi dəyişikliklər oldu, bələdiyyə əhalinin tələblərini nə dərəcədə yerinə yetirdi? Bütün bunlarla bağlı müzakirə aparacağıq.
Əhməd İmamquliyev artıq bir neçə ildir ki, regionda ən fəal şəxslərdən biridir.




Marneuli fəalları Samirə Bayramova və Emin Yadigarov hər çərşənbə saat 19:00-da “Marneuli” radiosunun dinləyicilərinə Marneuli icmasının nümayəndələrinə mühüm və aktual mövzular təqdim edirlər və bu mövzularla bağlı fikirlərini aydın şəkildə bildirirlər. Yerli qonaqların iştirakı ilə yeni mövzularla bağlı maraqlı efir maraqlı, tənqidi və səmimi söhbət yaradır. “Müzakirə nöqtəsi” verilişi maariflənmənin artırılması və ictimaiyyətdə müzakirələrin inkişafına yardım edir.

“Müzakirə nöqtəsi” verilişi hər çərşənbə saat 19:00-da “Marneuli” radiosunun efirində.

Verilişin təkrarını hər şənbə saat 18:00-da dinləyə bilərsiniz.

Veriliş könüllü əsaslarla hazırlanır. Bunun üçün də “Marneuli” radiosu müəlliflərə təşəkkür edir.

FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla