Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictimai məktəbinin gürcü dili
müəllimi
Rəhman Musayev 4-cü sinif şagirdlərini cəzalandırmaq məqsədi ilə
dizi üstə qoyub. Məsələ ictimailəşdikdən sonra o, öz ərizəsi
əsasında məktəbi tərk edib.
Ancaq paradoks burasındadır ki, valideynlər müəllimə ictimai
şəkildə haqq qazandırırlar və məktəbə geri qayıtmasını
istəyirlər.
"İcmal"-ın bugünkü buraxılışında məhz bu məsələni müzakirə
edəcəyik.
Uşaq haqları baxımından müəllimin
bu hərəkətini şagirdin ləyaqətini
alçaldan davranış adlandıra bilərikmi?
- Müəllimin istefası yetərlidirmi, yoxsa başqa tədbirlər də
görülməlidirmi?
- Valideynlərin bu cür davranışına səbəb nədir? Doğurdanmı
valideynlərin eloğlusu olan müəllimə dəstək olmaları öz uşaqlarının
ləyaqətinin qorunmasından önəmlidir?
Qonaqlarımız vəkil Edda Qocayeva, müəllim Anar Şərifov və
Marneulili insan haqları müdafiəçisi Leila Məmmədova olacaq. Siz də
bizi izləyin və illər əvvəl bizlərə tətbiq olunan bu tərbiyə
üsulunu birlikdə müzakirə edək.