“Sehirli Tellərin Sehrində” verilişinin bu günkü qonağı Aşıq
Həvəskar Qurbanov oldu. Qonağımızla Borçalı saz məktəbinin
nümayəndələrindən Ustad Aşıq Nürəddin Qurbanov haqqında söhbət
etdik, Ustadın səs yazısını dinlədik. Aşıq Həvəskar atasının həyat
və yaradıcılığı haqqında məlumat verdi, könül oxşayan saz havaları
ifa etdi.
Hər cümə axşamı saat 12:00-da efirə gedən verilişdə yeni qonaqlar
və maraqlı mövzularla sənət sevərlərin görüşünə gələcəyik.
“Sehirli Tellərin Sehrində” "Marneuli" radiosunun canlı efrində,
Tural Şahzadəyevin təqdimatında.