Analıq məzuniyyəti, hüquqlar, təmiz hava və daha çox şey haqqında - Mariam Samxaradze - ana, aktivist
Artıq beş aydır ki, analıq məzuniyyətindəyəm. “Marneuli” Radiosundan zəng səsi gəldi və mənə bloq yazmağı təklif etdilər, düşündüm: “Bu elə mənim etmək istədiyimdir”, çünki analıq məzuniyyəti dövründə tez-tez evimizin yaxınlığında yerləşən parka gedirdim, çox sayda gənc qadınlara rast gəlirdim və onlarla söhbət zamanı gündə yüz nəfərə qədər adamla rastlaşdığım iş yerimdə görmədiyim, çox problem gördüm. Real olaraq bu qadınların işini yüngülləşdirmək və ya elementar olaraq onların problemlərini ictimailəşdirmək üçün nəisə etmək istəyim yarandı. Bəli, düşünürəm ki, problemlər haqqında ucadan danışmalıyıq, müzakirə etməliyik və o zaman həqiqətən çıxış yolunu görəcəyik və bir-birimizə kömək edəcəyik.

Düşünürəm ki, düşdüyüm anlaşılmazlıq haqqında danışmağa haradan başlayım. Bu zarafatdır, ancaq tanışlarımdan birinin dediyi kimi uşağın narahatçılığı ana bətnində olduğu dövrdən başlayır və sonra bütün həyatı boyunca davam edir.
İndi məni bu mövqeydə təsəvvür edin. Onsuz da yetərincə narahatam, həmişə pis şeylər haqqında düşünürəm, müvafiq olaraq elə çıxır ki, bütün həyatım boyunca “stressli” olmalıyam: Görəsən uşaq sağlamdırmı, onu heç nə narahat etmir ki, necə yeməklər yeyəcək, hansı mühitdə yaşayacaq, ətraf mühitin çirklənməsi onun sağlamlığına indi və gələcəkdə nə dərəcədə təsir göstərəcək, onun inkişafının qayğısına necə qalacam və.s. Amma gəlin bu narahatçılıqları unudaq və real olaraq yeni anaların qarşısında durduğu problemlərə nəzər yetirək.

Deyinməklə başlayaq! Bəli, elə də deyingənəm, amma ana ampulasında bu xüsusiyyət iki qat artır. İki azyaşlı uşağım var. Birinin 3 yaşı var digəri isə bir neçə aylıq körpədir. Yoruldum, yatmaq istəyirəm, nə qədər müddətdir saçımı kəsdirmək və dırnaqlarımı düzəltmək istəyirəm, nə qədər işim var: ev eşiyi yığışdırmaq, günortaya yemək hazırlamaq, həm də elə yemək ki, xeyirli olsun, sulu yoxsa quru, desert, meyvə və tərəvəz menyuda olsun, şokolad, qazlı içkilər, çipsilər və başqa meymunluqlar olmaz. Qısası, bunların hamısı haqqında eyni vaxtda düşünməlisən və anam yadıma düşür. Səhər açılan kimi bizdən soruşurdu ki, günorta yeməyə nə istəyirik, hazırlasın və bu onun gününün ən çətin dilleması idi. Deyingənliyi və işlərin siyahısını davam edək: yumaq, paltar yuyan maşının hansı funksiyanı yerinə yetirməsinə baxmayaraq yenə də başında adam fikirləşməli olur ki, nə vaxt, nə ilə birgə yumalısan, ütüləmək və başqa min cür iş. Bu ananın, qadının gündəlik rutinidir ki, kişilər deyirlər – “nədən yoruldun”.

Gündəlik rutindən əlavə yeni anaları narahat edən problemlər var. Doğuşdan sonrakı sağlamlıq durumundan başlayaq. Başlayaq ondan ki, bir zaman sağlam idik, heç yerimiz ağrımırdı və dağı dağ üstə də qoya bilərdik. Doğuşdan sonra isə demək olar ki, bütün qadınları nəisə narahat edir və narahat etməsə də ən azı ümumi zəiflikdən şikayətlənirlər və bu zəiflik isə həmişə davam edir, yəni heç vaxt elə dincəlmiş vəziyyətdə olmursan ki, yorğunluqdan hansısa sümüyün ağrımasın.

Uşağın gündəlik rutini və qulluğu eyni zamanda xoş və çox yorucu prosesdir (bilmirəm, nə qədər “dir” yetərli olar ki, bu çətinliyi müəyyən edəsən). Bütün normal pediatrlar məsləhət verirlər ki, uşağın sağlamlığı üçün ana südünün verilməsi və təmiz hava vacibdir. Bu gün birinci də ikinci də dəbdəbədir. Süd vermək üçün anaya olduqca böyük mobillik, inam, əhval-ruhiyyə, sağlam qida və daim uşağın yanında olmaq lazım gəlir. Ancaq buna baxmayaraq elə analar var ki, cəhdlərə baxmayaraq yenə də uşaqlarına təbii qida vermək onlarda alınmır. Bir halda ki, mən 6 ayına qədər hər iki uşağımı xüsusi olaraq ana südü ilə qidalandırırdım, sünii qida vermək təcrübəm yoxdur. Amma analar deyirlər ki, daim şüşə yumaq, gecə oyanmaq və uşağa yemək hazırlamaq daha çətin prosesdir.
Ana südü ilə qidalandırmağın çətinliyinə gəldikdə isə qeyd edim ki, əgər buna qərar versəniz təsəvvür edin ki, 6 ay ərzində uşağınız sizinlə bərabər hərəkət etməlidir. Haraya getsəniz hər yerə özünüzlə aparmalısınız, və ya maksimum 2-3 saat fasilə ilə evdən çıxmalısınız.

Təmiz havaya gəldikdə isə! Gürcüstanda, yayda Bakuriani də Tbilisi kimi tıxaclarla, maşınların tüstüsü, tozla dolu olduğu halda təmiz hava var ki? Məhz gündəlik rutindən sonra mənim uşaqlarla birgə “dustaq” kəsilməyim təmiz havadır. Dəhlizdəyik, uşaq arabasında və ya beşikdə yatırıq, bayıra çıxırıq, yolda bir neçə yaxın/qohum/qonşunun yanında otura bilərik və ya sonuncu dayanacaq evimizin yaxınlığındakı parkdır.
Marneulidə uşaqlar üçün əyləncə parklarının böyük çatışmamazlığı var. Daha kəskin desək Marneulidə uşaqlar üçün ictimai yer görə bilməzsiniz. Uşaq bağçalarının həyəti çatışmamazlıqdır və xoşbəxtlikdən bizim kənddəki parkda üç uşaq sürüşkəni durur. Yetərli uşaq bağçalarımız yoxdurmu? analar uşaqlarını bağçaya apara bilmirlər, uyğun olaraq çalışa da bilmirlər və evdə otururlar. Uşaq meydançalarımız yoxdurmu? Uyğun olaraq analar uşaqları heç yerə apara bilmirlər və evdə otururlar.
Parka çıxa bilərsən, uşağı gəzdirə bilərsən, elə cəmiyyətdə yaşasan ki, hamı bir-birini tanıya belə yerlər qadınlar üçün müzakirə və ya ürəyini boşaltmaq üçün olan yerlərdir. Ona görə də bu baxımdan bizim bəxtimiz gətirib. Ancaq bu parkın da dolmağa ehtiyacı var və bəli, bu haqda da biz düşünməliyik. Mühitimizi necə dəyişək... Dostlarımla birgə bir neçə il bundan əvvəl “vətəndaş büdcəsi” çərçivəsində layihə yazmışdıq. Layihə Sereteli kəndində istirahət və yaradıcılıq parkının qurulmasını nəzərdə tuturdu. Layihə bəyənildi və maliyyələşdirildi, ancaq tikinti hələ də gedir.

Bizim parka eləcə də azyaşlı körpələrin anaları da çıxır. Gah uşaqların arxasınca gedirik, gah söhbət edirik. Anaları nəyin narahat etdiyini dinlədim. Bilirəm çoxsaylı ailələrdə yaşamaq necə çətindir. Bunun səbəbi isə gürcü ənənəsi və iqtisadi çətinlik/tənbəllikdir. Xüsusən qadınlar üçün geniş evdə, çox sayda adam yaşayan evdə yaşamaq çətindir. Bir mətbəx, bir hamam var və yataq otağından uzaqda yerləşir. Bayırda ya evdə, hamısında gedib yenə də infrastruktura çıxırıq.

Və bu zaman kişilər
kənd layihələrini seçərkən ayinlər üçün zalın qurulması və qəbirstanlığın hasarlanması haqqında düşünürlər. Qadınlar bu prosesə az qoşulurlar və bu da nəticə! Bizim keçmiş merimizə qeyd verdikdən sonra qadınları görüşlərə çıxardılar. Amma belə birdəfəlik və sünii şəkildə çıxarmamalısan, davamlı olaraq həyata keçirməlisən, şərait yaratmalısan, vaxtı olsun, çıxsın, söhbət etsin, müzakirə aparsın, nə bilirsən bəlkə nəisə deyir...
Qadınları qadın marağı üçün nəzərdə tutulmamış ədalətsiz siyasət narahat edir.

Mənim bu baxımdan bəxtim gətirib ki, analıq məzuniyyətində olduğum müddətdə gündəlik maaş alıram. Mənim yaxınım məktəbdə müəllim olaraq çalışırdı, dövlət birdəfəlik 1000 lari “atdı” və dedi ki, 6 ay bununla uşağına baxmalıdır. 6 aydan sonra isə işə qayıda bilmir, çünki uşağına baxacaq heç kimsə yoxdur və Gürcüstanda pedaqoqun maaşı yetərlidirmi ki, dayə tutsun? Müvafiq olaraq belə qadınlar evdə oturur, iki ildən sonra isə kim bilir adi iş rejiminə qayıtmaq, özünə və imkanlarına yenə olduğu kimi əmin olmaq nə qədər asandır, elə bacarığın olmalıdır ki, başqaları ilə də rəqabət aparasan. Müəyyən edilib ki, uşağın dünyaya gəlməsi iki il qadının inkişafına mane olur və yenə deyək ki, niyə yazıçı, fizik, siyasətçi qadınlarımız yoxdur... Aşmalı olduğumuz çətinliklərə baxmayaraq yenə bayırda görsənirik, yenə kişilərlə rəqabət aparırıq, yenə bizi işə götürürlər. Ona görə möhkəmik, ona görə güclüyük, ona görə dövlətdən bizə daha çox dəstək lazımdır!

Anaları pulsuzluq narahat edir. Kişilərin gətirdiyi, yolda yarısı xərclənmiş pul yetərli deyil, ona görə hesab edirəm ki, bütün analar çalışmalıdır. Ona görə ölkədə uşağa qulluq sistemi yaradılmalıdır, dövlət anaların qayğısına qalmalıdır!

Bu dövrdə eşitdiyim ən dəhşətli xəbər, ana övladlarını qoyub və gedib. Kimsə inanırmı ki, hansısa ana övladlarını tərk edər? Səbəbləri yenə də stressdə, ailədə olan iqtisadi çatışmamazlıqda və zorakı mühitdə axtarmalıyıq.
Səbəbi bilmədən kimisə bu vəziyyətdə günahlandırmaq ən asan izahdır.

Və sonda ABŞ-ın keçmiş dövlət katibi, Madlen Olbraytın frazası ilə bitirmək istəyirəm. O, BMT-də Amerikanın səfiri vəzifəsini tuturdu və sonra Amerikanın tarixində dövlət departamentinin başında duran birinci xanım oldu. O, 2016-cı ilin prezident seçkilərində Hillari Klintonu dəstəkləyirdi və qadın hüquqlarının aktiv müdafiəçilərindən biridir. Onun sözləridir :”Cəhənnəmdə başqa qadınlara kömək etməyən qadınlar üçün yer var”.

Bir-birimizə qarşı həmrəy olaq, bir-birimizi gücləndirək, bayıra çıxaq, qoşulaq, aktivləşək, tələb edək və qərar qəbul edən şəxslərdən bizim problemlərimizlə maraqlanmağı tələb edək. Biz hazırıq.

Print Email
FaceBook Twitter Google