Xəbərlər
“Stereotiplərdə həyat – bərabərlik üçün”- Mariam Qvidiani

Zəngli saat çaldı. Saat 7-ni indicə keçib. Evdə qəhvə qoxusu var. Küləyin səsinə sanki yağış damcıları cavab verirlər. Artıq dekabrdır. Bəlkə isti geyinməyim, çox geyinmək məni narahat edir, azadlığımı əlimdən alır. Güzgüyə baxıram gözlərim yenə yuxuludur
.

Dünən yenə də yatmamışam. Yaxud da kədərlidir.
Azadam ki?

Gülləri xatırladım. Məndən kömək istəyəndə düşündüm ki, belə güclü qadına necə kömək edə bilərəm? Ayaqları üzərində möhkəm durur, həyatla yorulmadan mübarizə aparır. Güllərin 16 yaşlı, gözləri parıldayan, uzun saçlı, təbəssümlü qızı var.

-- Mənim qızımın arxasınca özündən çox böyük yaşda kişi gəzir, ona eşq elan edir, qızımı narahat edir. Məktəbə buraxmıram, qorxuram qaçırarlar! İstəyirəm məktəbi bitirsin və universitetə qəbul olsun!

İşə tələsirəm, qəhvə içməyi bu gündə çatdıra bilmədim. Yolda cəsarət edib cinsiyyətin üstünlük olmadığını ucadan və bunu hələ də pıçıltı ilə deyən qadınlar haqqında düşünürdüm.

Görəsən heç olmasa bu gün elə keçəcəkmi ki, əri və ya keçmiş əri tərəfində öldürülümüş yaxud boğulmuş qadın tapmasınlar. Və yaxud zorakılıqdan yorulmuş qadının əri, qardaşı, atası yenə haradasa qarşıma çıxıb və ciddi cinayətdə - qadınları qorumaqda məni günahlandırmasın.

İş yerinin pilləkanlarını sürətlə qaçaraq çıxdım. Cəmi 42 pillədir, hər gün sayıram sanki dəyişəcək. Qapıda Nino qarşıma çıxdı. Qorxmuş vəziyyətdədir.
-- Nino nə olub, yaxşısan?
-- Bu gün yenə maşınla arxamca düşmüşdü. Həm də çalışırdı ki, mən qəzaya düşüm. Güclə bankın yanında maşını saxlaya bildim. Bilirsən ki, hamiləyəm. Bankın əməkdaşı özünü bayıra atdı, mənə dedi ki, maşını başqa yerdə saxlayım bura direktorun yeridir. Bilmirdim nə edim və sənin yanına qaçıb gəldim.

Telefon susmur, qızlar yazırlar. Bu dəfə sevindirici xəbərdir – nigah və suya çəkilmə, ikisi bir yerdə. Mənim isə cümə günü qrafikim doludur, həm də uşaqları bağçadan gətirməliyəm. Bağça isə saat 6-ya qədər çalışır.

Artıq axşamdır. Mən, Dato və uşaqlar evə toplanmışıq. Ailə idiliyamız var. Çox yorğunam, ayaqda dura bilmirəm, amma ailəyə şam yeməyi lazımdır. Hazırlayıram. Süfrə arxasına otururuq. Telefon yenə zəng edir.
- Mari sənə nə qədər yazdım, tez ol mesajlara bax!
Təcili olaraq “Messenger”ə daxil oluram.
“Mari mənim dostumun qızını keçmiş sevgilisi yazışmaları yayımlamaqla hədələyir. Bu zibil, başa düşürsən? Həm də deyir ki, kiməsə desə onu öldürəcək. Polisə zəng vurmaq istəyirdik, amma bu səfeh Nia özünü öldürür. Səni gözləyir, səninlə danışmaq istəyir. Xahiş edirəm elə indi evdən çıx gəl. Uşaq ağlamaqdan öldü. Səni gözləyirik.”

Yaxşı oldu ki, heç olmasa şam yeməyini hazırlamağı çatdırdım. Ailəm ac qalmayacaq.

Ana yenə gecikəcəksən? – 4 yaşlı qız mənim cavabımı gözləyir, onun gözlərində elə böyük gözlənti var!
Yox, bu gün tez gələcəm – mən cavab verirəm. Onu öpürəm və qapını örtürəm!

Ona tez-tez təkrar edirəm – “Sənin bədənin sənin mülkündür”, “Sən bu dünyanın vacib hissəsisən”, “Sən günəşsən”.

Bu gün susmaq vaxtı deyil! Bu gün qadınlar öz hüquqlarımız üçün mübarizə aparırıq və gələcəyə ümidlə baxırıq!

Müəllif Xalq müdafiəçisinin gender məsələləri üzrə Kvemo Kartlidəki nümayyəndəsi -  Mariam Qvidiani

Məqalədə qeyd edilmiş hadisələr və adlar uydurulmuşdur!
FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla