Qadınlarında öz fikirlərini azad şəkildə ifadə etmək hüququ var - Arzu Osmanovanın səsli fikri
13:23 / 18.07.2019
Başqa bölgələrdə olduğu kimi bizim bölgəmizin də
özünəməxsus problemləri var. Bu problemlərin başında isə kəndlərdə
vətəndaş təhsilinin aşağı səviyyədə olmasıdır. Bu isə öz özlüyündə
bir çox problemin yaranmasına səbəb olur.
Qadınların cəmiyyətdə qeyri-aktiv olması və ümumiyyətlə kənd
əhalisinin seçkilərdə passiv iştirakı bunlardan bir neçəsidir.
Seçicilərin passivliyi, xüsusən də qadınların passiv olmasının bir
neçə səbəbi var. Məsələn seçici qadınlar düşünürlər ki, onların bir
səsi həll edici deyil, yəni onların səsi heç nəyi dəyişdirə
bilməyəcək. İkinci isə qadınlar seçkilərdə zəif iştirak edirlər.
Məsələ, ailədə 4 seçici varsa onlardan sadəcə kişilər seçkidə
iştirak edirlər və bunun yetərli olduğunu düşünürlər.
Belə olduğu halda əlbətdə seçkilərdən düzgün nəticələr əldə edə
bilmirlər.
Bu problemin həlli üçün bizim kəndin gəncləri “Orbeliani Gürcüstan”
fonduna layihə yazıb təqdim etdik. Növbədən kənar mer seçkiləri
ərəfəsində Xüldərə və Mollaoğlu kəndlərində 100 seçici arasında
sorğu apardıq. Layihə əasaən qadınlar üçün nəzərdə tutulduğuna görə
100 nəfər arasında keçirilən sorğunun 68-i qadın, 32-si isə kişi
seçici təşkil edirdi.
Sorğulardan da göründüyü kimi əhalinin seçki haqqında məlumatı çox
azdır. Onların nəinki seçki haqqında az məlumatı var hətda bu haqda
maraqlanmırlar. Sorğuda verilən cavablara əsasən məlum oldu ki,
əhalinin 46%-i hansı seçkilərin yaxınlaşdığını, 42%-i vaxtını,
72%-i merliyə namizədlərin seçki proqramını bilmir, 59%-i isə
ümumiyyətlə seçkilərə getməyi fikirləşmir.
Layihə çərçivəsində keçirilmiş tədbirlər nəticəsində aydın oldu ki,
qadınların məktəblərdən başqa dövlət işlərində işləmələrinə nadir
halda rast gəlinir. Buna misal olaraq, Sadaxlı yerli özünü
idarəetmə orqanında yalnız bir qadın işçinin olmasını göstərmək
olar.
Mənim fikrimcə bu problemin həlli bu sahədə məlumatlandırmanın
gücləndirilməsi ilə əlaqəlidir. Sorğunun nəticələri bizi məcbur
etdi ki, məlumatlandırıcı görüşlər keçirək. Üç kəndin dörd
məktəbində keçirilmiş görüşlərin əsas təsir dairəsində gənclər,
xüsusi ilə də yuxarı sinif şagirdləri idilər, çünki onlar yaxın
gələcəyin azad seçiciləridirlər. Bu layihə çərçivəsində hansı
tədbirlər keçirdiyimizi daha aydın şəkildə başa düşmələri üçün
slayd şoulardan istifadə etdik. Səs vermə zamanı keçirilən
proseduraları əyani çəkildə təsvir etmək üçün hazırladığımız
videoçarxdan istifadə etdik. Prezentzçiyadan (təqdimatdan) sonra
görüşləri diskusiya şəklində davam etdirirdik. Bu diskusiyalar bizə
imkan verdi ki, hər iki tərəf arasında fikir mübadiləsi aparaq və
gənclərin seçkiyə qarşı mənfi düşüncələrini qisməndə olsa aradan
qaldıraq.
Əlbətdə ki, bu bir neçə görüş insanlarda formalaşmış mənfi
düşüncələri aradan qadırmağa kifayət deyildir. Bu problemin həlli
yolunda daha uzun məsafə qət etmək üçün əhali ilə marifləndirici
gürüşləri, kənd yığıncaqlarını sistematik olaraq davam
etdirməliyik.
Qadınlarında öz fikirlərini azad şəkildə ifadə etmək hüququ var,
hansı ki, buda onlara imkan verir ki, cəmiyyətə inteqrasiya
etsinlər, aktivləşsinlər və dövlət səviyyəsində əhəmiyyətli
qərarların alınmasında iştirak etsin. Qadınların ictimaiyyətdə
passiv iştirakı bu ictimaiyyətin ən böyük prablemidir.
Keçirilmiş sorğular və görüşlər bizə bir daha göstərdi ki, gürcü
dilini bilməmək, özünü inkişaf prosesinin ləng getməsi və təhsilin
aşağı səviyyəsi nəinki yuxarıda qeyd etdiyimiz problemin, eləcədə
bir çox ictimai prablemlərin həll edilməsində bizə maneçilik
törədir. Buna görə də bütün gənclərimiz təhsil almalıdır və ancaq
belə olduğu təqdirdə biz arzu etdiyimiz kimi bir gələcək
formalaşdıra bilərik.
Arzu Osmanova
NTİ aktivisti