" Sən artıq dünən gecə etibarı ilə artıq bir zibil oldun"- Gülgün Məmmədxanovanın erkən evliliklə bağlı səsli fikri
Düşüncə iltihabı

Müəllif - Gülgün Məmmədxanova/ Pəncərə


Əminəm ki , bir dostumuz bir gün deyəndə ki " Bu gün erkən evliliklə əlaqəli tədbir var, gəl gedək" çoxumuz qısaca belə bir cavab veririk " İyrəndim artıq bu mövzudan ".


Amma burada biraz diqqətli olmalıyıq .Belə ki, biz bu mövzuda olan tədbirdən ürəkdolusu iyrəndik , ancaq başlanğıcı " yaxşı ailədir , oğlanın özüdə qoçaqdır ,həm alver eliyir .Allah xoşbəxt eləsin , verin getsin " variantlarından biri olan real halından heç bir zaman iyrənmədik ,hətta üstünə şirin çay da içdik. Bizim cəmiyyətdə əsasən də ali təhsil alan gənclər arasında təzə bir yolxucu xəstəlik yayılıb. Belə ki bir dəfə dostlarımla söhbət zamanı söz gəlişi bildirəndəki erkən evliliklə əlaqəli bloq yazıram , gözləmədiyim reaksiya aldım .

"Sənin kimi insanlar bizim milləti pisləyirlər , elə erkən evlilik deyəndə ağıla tək azərbaycanlılar gəlir. Yalnız bizim millətdəmi var , həm elə şeylər keçmişdə qaldı , görmürsenmi artıq qızlarda tiflisdə oxuyurlar " dedilər mənə. Bəli, dediklərində doğruluq var , artıq ali təhsil alan gənclərimiz var .Ancaq bu onu bildirmir ki , bu problem gözlə görüləcək qədər azalıb , məncə daha doğru olardı əgər desəydik bu problem qismən azaldılıb. Biz bir cəmiyyət kimi özümüzə bir sual verməliyik , nəyə görə erkən evlilikdən canımızı qurtara bilmirik? Hər dəfə kəndə gələndə , yeni nə xəbər var deyəndə , filankəsin oğlu qız qaçırıb , filankəs gildə nişan var və s. deyirlər. Bunları deyəndə o qədər normal bir hadisə kimi deyirlər , necə ki gündə üç dəfə yemək yediymiz qədər normal .

Tam burada bizim cəmiyyətə atalı-analı yetim sözünü desəm yəqin ki başa düşərsiz nə dediyimi. Bəli , biz bir cəmiyyət olaraq yetimik, hər şeyimiz var , amma dar düşüncəmizə görə özümüzü yetim etmişik. Bir dostum var , indi 20 yaşındadı və ailəlidir. Beləki məktəbli ikən o erkən evliliyin qurbanı oldu, onu qaçırdılar .Sual verə bilərsiz ki , bunda təcüblənəsi nə var kı ? Amma bilirsizmi nəyə görə bu dostum haqqında yazdım? Bu qız məktəbli ikən erkən evlilik əlaqəli tədbirlərdə iştirak edər, kəndlərdə aksiyalar keçirər və qızlarla qadın hüquqları haqqında uzun uzadı söhbətlər edərdi. Hiss etdinizmi sizdə ürək sızıntısını ? Bu qız yenildi, daha doğrusu yendik .

Onun bu mübarizəsinə uşaq oyunu kimi baxdılar və onu qaçırdılar . Sonra necə ki qaçırılan hər bir qıza elə gecəsi cinsi təcavüz edilir və sabahısı bir adət halını almış kimi qadınlar toplaşar , altından xət çəkə -çəkə deyirəm qadınlar toplaşar və hələ də özünü yuxuda zənn edən , bədənindəki ağrı -acını illiyinə qədər hiss edən bir qıza, yox bağışlayın səhf dedim, bir qız uşağına , " daha iş işdən keçib ,ağlını başına yığ, ağlamağı kəs. Kim sənin arxanda duracaq geri dönsən. Polisə zəng elə və denən ki öz istəyimlə gəlmişəm "deyərlər . Bu cümlələr bilirsizmi mənim fikrimcə nə deməkdir ?

" Sən artıq dünən gecə etibarı ilə artıq bir zibil oldun" Bax biz belə bir cəmiyyətik , qadını belə qadınına dəstək olmur. Ona görə hələlik ciddi bir şəkildə dəyişiklik gözləmək balığa havada durmağı söyləmək qədər mənasızdır.Ona görədə erkən evliliyə qarşı ciddi bir şəkildə mübarizə aparmaq lazımdır ,çünkü biz burada alt şüurmuza hopmuş və adət - ənənə adını vermiş iltihablı bir düşüncə forması ilə vuruşuruq.
Print Email
FaceBook Twitter Google