Təhsilə ayıbdır deyirik - Gülgün Məmmədxanovanın səsli fikri
Bir dəfə balaca vaxtı anam , bacılarım və mən bir filmə baxırdıq. Çox maraqlı idi. Filmin sonunda qəhrəmanların gözəl bir toy mərasimi olur və qonaqlar mərasimdə bəydən gəlini öpməyini tələb edirlər. Hamı bir ağızla " Öp , öp , öp " deyə qışqırırlar və xoşbəxt bəy gəlini öpməli idi, ancaq biz sonunu görə bilmədik.

Fikriniz qarışdı əminəm ,amma inanın hər şey " öp , öp, öp" deyilən kadrla başlayır. Necə?

O zaman başlayaq . Beləki anam filmin bu hissəsini görən kimi televizorun “pultunu” bir saniyədə götürüb kanalı necəsə dəyişdisə, mən yerimdə donub qalmışdım. Çünki onu bu qədər sürətli və gərgin görməmişdim. Burda təbii ki də , onun kanalı dəyişməsi çox düzgün və yerində verilmiş qərar idi. Amma düşünürəm ki, bu hadisəyə qarşı o vaxt verdiyi reaksiyası bu qədər həssas olmamalıydı.Yenə də anamı başa düşmək olar. Çünkü çox şeyin ayıb bilindiyi , ancaq əslində müzakirə edilməsi gərəkən bir mühitdə böyümüşdür.

Bəli ,bu gün cinsi təhsil haqqında danışacam. Bilirəm ki ,Gürcüstan yaşayanların əksəriyyəti , istər gürcü olsun, istər erməni, istər azərbaycanlı cinsi təhsil deyəndə ilk ağlımıza gələn budur " zamananın xaravı çıxıf, heç gör " şeyində" təhsili olarmış " . Amma çoxumuz dərk etmirik ki, cinsi təhsil yalnız ilk ağlımıza gələn " şey" haqqında deyil , o həyatımızın hər hissəsini əhatə edən bir termindir. Balaca bir nümunə gətirə bilərəm. Bilirik ki , qadın orqanizmində , əsasən 13 - 14 yaşlarından sonra , menstruasya baş verir, sadə dildə desək adət halı və onu da bilirik ki , qadınların çoxu üçün ilk adət halı psixoloji tərəfdən böyük bir ağrılı təcrübə olmuşdur. Nəyə görəmi? Cavab sadə deyilmi ? Qız uşaqlarımıza əvvəlcədən analar məlumat vermirlər, utanırlar, ayıb bilirlər. Çünkü vaxtında onlara da ayıb bilinib söylənilməmişdi. Nəticə də isə məlumatı olmayan 12 yaşlı bir qız uşağı adətinin ilk günü gedər anasını, atasını qucaqlayar, onlara uzun uzadı bir daha görmüyəcək kimi həsrətlə baxar .Nəyə görəmi ? Çünkü balaca qız ölümcül xəstəliyə tutulduğunu, son anlarının olduğunu zənn edər.

Sizə elə bir yaxınımla əlaqədar olan bir hadisəni danışım. Rəfiqəm adət olmuşdu və çox ağrı keçirirdi, çox yaxşı xatırlayıram onun vəziyyətini bütün bədəni acı içərisindəydi və qızcığaz özunu tuta bilməyib atasının, əmisinin yanında hönkür -hönkür ağlamışdı. Onda bilirsizmi nə oldu ? Ətrafımızdakı qadınlar bizi bir otağa apardılar və bizə dedilər ki, "utanmırsanmı kişilərin yanında adət ağrısına görə ağlayırsınız , və rəfiqəmə qışqıraraq özünü tut biraz. Ayıbdır" demişdilər .Və bu zaman biz ikimizə bu səfər bütün mənliyimizlə ağladıq. Rəfiqım və mən bədəndə ki, ağrıya görə yox bizə deyilən bu sözlərə görə ağlayırdıq. Axı ağrının ayıblısı- ayıbsızımı var.

Digər toxunmaq istədiyim məsələlər yenə var. İstədikləri sayda uşaqlara sahib olduqlarından sonra yenidən qoruyucusuz cinsi əlaqədə olan qadın və kişi , qadının hamilə olduğu halda gedib “abort” etdirirlər. əlbətdə ki, qadının ən vacib huquqlarından biridir bu ancaq burada bir çox məqam var. Qadın istəlinilməyən hamiləliyə məruz qalırş. Bilirik ki, istənilməyən hamiləliyi qoruyucu ilə dəf etmək olar və kimsə deməsin ki, "dərdimiz aşıf - daşıf bir qoruyucuya pul verməyimiz qaldı" .Onda bir sual vermək istərdim , bəs aborta pul hardan tapılır?! Kənddə bu çox əksər haldır, tez-tez eşidirəm buna gülməli bir hadisə kimi yanaşıırlar. Başa düşürsüzmü vəziyyət nə qədər gərgindir?

Problem odur ku, Gürücstanda bütün milliyətlər daxil olmaqla “abort” etməyə alışmışıq , qoruyucudan istifadə etməyə yox deyirik, əlbətdə bu fikirlə razıyam ki, abort qadının tam hüququdur ve onun qerarıdır. Ancaq cinsi əlaqə ilə bağlı nə biliyimiz nədə ki, təhsilimiz yoxdu . Əgər bu təhsilə sahib olunsaydı, qadın və kişi bilərdi ki , tez - tez “abort” olunan qadının orqanizminə nə dərəcədə ziyan gəlir . Hələ ev şəraitində özünü müxtəlif dərmanlarla istənilməyən hamiləlikdən xilas etməyə çalışan qadınlar da var.

Bizdə cinsi təhsil toya iki gün qalmış bir adət -ənənə kimi çox bilmiş xalalar-bibilər tərəfindən böyük bir mötəbər vəzifə olaraq müzakirə edilməyə başlar.Yazıq qız isə bütün bu iki günü gərdək gecəsinin qorxusu və stresi ilə keçirər. Hətta elə hallar olub ku, qorxudan psixoloji sarsıntılar belə keçirənlər olub.

Mən demirəm ki , açıq - aydın balaca vaxtından uşaqlara hər şeyi başa salmaq lazım , xeyir , mənim dediyim bu deyil. Mənim əsas vurğuladığım əsasən də qız uşaqlarına 12- 13 yaşlarından onlara başa düşəcəyi şəkildə bu mövzular haqqında tədricən anlatmaq lazımdır.

Məsələn misal olaraq başa sala bilərik ,menustrasiya nədir, bu zaman hansı gigiyenik qaydaları əməl etməliyik? Necə bilərik ki, menustrasya olmuşuq və s.

Çünkü insan psixologiyası uşaqlıq dövründə çox həssas olur və travma almış uşaq ilkin dövürlərdə özünü büruzə verməsə də , böyüyəndə tez -tez ağır deprasiyayalara düşür , öz güvən səviyyəsi aşağı olur, cəmiyyətdə passiv şəkildə fəaliyyət göstərir.

Ona görədə hər birimiz cinsi təhsilin nə qədər önəmli olduğunu bilməliyik və bunun haqqında bütün sterotiplərimizi qırıb öz fikirlərimizi sərbəst şəkildə yürütməliyik.

Mənbə-Pəncərə
Print Email
FaceBook Twitter Google