Təhsilə ayıbdır deyirik - Gülgün Məmmədxanovanın səsli fikri
10:12 / 15.08.2019
Bir
dəfə balaca vaxtı anam , bacılarım və mən bir filmə baxırdıq. Çox
maraqlı idi. Filmin sonunda qəhrəmanların gözəl bir toy mərasimi
olur və qonaqlar mərasimdə bəydən gəlini öpməyini tələb edirlər.
Hamı bir ağızla " Öp , öp , öp " deyə qışqırırlar və xoşbəxt bəy
gəlini öpməli idi, ancaq biz sonunu görə bilmədik.
Fikriniz qarışdı əminəm ,amma inanın hər şey " öp , öp, öp" deyilən
kadrla başlayır. Necə?
O zaman başlayaq . Beləki anam filmin bu hissəsini görən kimi
televizorun “pultunu” bir saniyədə götürüb kanalı necəsə dəyişdisə,
mən yerimdə donub qalmışdım. Çünki onu bu qədər sürətli və gərgin
görməmişdim. Burda təbii ki də , onun kanalı dəyişməsi çox düzgün
və yerində verilmiş qərar idi. Amma düşünürəm ki, bu hadisəyə qarşı
o vaxt verdiyi reaksiyası bu qədər həssas olmamalıydı.Yenə də anamı
başa düşmək olar. Çünkü çox şeyin ayıb bilindiyi , ancaq əslində
müzakirə edilməsi gərəkən bir mühitdə böyümüşdür.
Bəli ,bu gün cinsi təhsil haqqında danışacam. Bilirəm ki ,Gürcüstan
yaşayanların əksəriyyəti , istər gürcü olsun, istər erməni, istər
azərbaycanlı cinsi təhsil deyəndə ilk ağlımıza gələn budur "
zamananın xaravı çıxıf, heç gör " şeyində" təhsili olarmış " . Amma
çoxumuz dərk etmirik ki, cinsi təhsil yalnız ilk ağlımıza gələn "
şey" haqqında deyil , o həyatımızın hər hissəsini əhatə edən bir
termindir. Balaca bir nümunə gətirə bilərəm. Bilirik ki , qadın
orqanizmində , əsasən 13 - 14 yaşlarından sonra , menstruasya baş
verir, sadə dildə desək adət halı və onu da bilirik ki , qadınların
çoxu üçün ilk adət halı psixoloji tərəfdən böyük bir ağrılı təcrübə
olmuşdur. Nəyə görəmi? Cavab sadə deyilmi ? Qız uşaqlarımıza
əvvəlcədən analar məlumat vermirlər, utanırlar, ayıb bilirlər.
Çünkü vaxtında onlara da ayıb bilinib söylənilməmişdi. Nəticə də
isə məlumatı olmayan 12 yaşlı bir qız uşağı adətinin ilk günü gedər
anasını, atasını qucaqlayar, onlara uzun uzadı bir daha görmüyəcək
kimi həsrətlə baxar .Nəyə görəmi ? Çünkü balaca qız ölümcül
xəstəliyə tutulduğunu, son anlarının olduğunu zənn edər.
Sizə elə bir yaxınımla əlaqədar olan bir hadisəni danışım. Rəfiqəm
adət olmuşdu və çox ağrı keçirirdi, çox yaxşı xatırlayıram onun
vəziyyətini bütün bədəni acı içərisindəydi və qızcığaz özunu tuta
bilməyib atasının, əmisinin yanında hönkür -hönkür ağlamışdı. Onda
bilirsizmi nə oldu ? Ətrafımızdakı qadınlar bizi bir otağa
apardılar və bizə dedilər ki, "utanmırsanmı kişilərin yanında adət
ağrısına görə ağlayırsınız , və rəfiqəmə qışqıraraq özünü tut
biraz. Ayıbdır" demişdilər .Və bu zaman biz ikimizə bu səfər bütün
mənliyimizlə ağladıq. Rəfiqım və mən bədəndə ki, ağrıya görə yox
bizə deyilən bu sözlərə görə ağlayırdıq. Axı ağrının ayıblısı-
ayıbsızımı var.
Digər toxunmaq istədiyim məsələlər yenə var. İstədikləri sayda
uşaqlara sahib olduqlarından sonra yenidən qoruyucusuz cinsi
əlaqədə olan qadın və kişi , qadının hamilə olduğu halda gedib
“abort” etdirirlər. əlbətdə ki, qadının ən vacib huquqlarından
biridir bu ancaq burada bir çox məqam var. Qadın istəlinilməyən
hamiləliyə məruz qalırş. Bilirik ki, istənilməyən hamiləliyi
qoruyucu ilə dəf etmək olar və kimsə deməsin ki, "dərdimiz aşıf -
daşıf bir qoruyucuya pul verməyimiz qaldı" .Onda bir sual vermək
istərdim , bəs aborta pul hardan tapılır?! Kənddə bu çox əksər
haldır, tez-tez eşidirəm buna gülməli bir hadisə kimi yanaşıırlar.
Başa düşürsüzmü vəziyyət nə qədər gərgindir?
Problem odur ku, Gürücstanda bütün milliyətlər daxil olmaqla
“abort” etməyə alışmışıq , qoruyucudan istifadə etməyə yox deyirik,
əlbətdə bu fikirlə razıyam ki, abort qadının tam hüququdur ve onun
qerarıdır. Ancaq cinsi əlaqə ilə bağlı nə biliyimiz nədə ki,
təhsilimiz yoxdu . Əgər bu təhsilə sahib olunsaydı, qadın və kişi
bilərdi ki , tez - tez “abort” olunan qadının orqanizminə nə
dərəcədə ziyan gəlir . Hələ ev şəraitində özünü müxtəlif
dərmanlarla istənilməyən hamiləlikdən xilas etməyə çalışan qadınlar
da var.
Bizdə cinsi təhsil toya iki gün qalmış bir adət -ənənə kimi çox
bilmiş xalalar-bibilər tərəfindən böyük bir mötəbər vəzifə olaraq
müzakirə edilməyə başlar.Yazıq qız isə bütün bu iki günü gərdək
gecəsinin qorxusu və stresi ilə keçirər. Hətta elə hallar olub ku,
qorxudan psixoloji sarsıntılar belə keçirənlər olub.
Mən demirəm ki , açıq - aydın balaca vaxtından uşaqlara hər şeyi
başa salmaq lazım , xeyir , mənim dediyim bu deyil. Mənim əsas
vurğuladığım əsasən də qız uşaqlarına 12- 13 yaşlarından onlara
başa düşəcəyi şəkildə bu mövzular haqqında tədricən anlatmaq
lazımdır.
Məsələn misal olaraq başa sala bilərik ,menustrasiya nədir, bu
zaman hansı gigiyenik qaydaları əməl etməliyik? Necə bilərik ki,
menustrasya olmuşuq və s.
Çünkü insan psixologiyası uşaqlıq dövründə çox həssas olur və
travma almış uşaq ilkin dövürlərdə özünü büruzə verməsə də ,
böyüyəndə tez -tez ağır deprasiyayalara düşür , öz güvən səviyyəsi
aşağı olur, cəmiyyətdə passiv şəkildə fəaliyyət göstərir.
Ona görədə hər birimiz cinsi təhsilin nə qədər önəmli olduğunu
bilməliyik və bunun haqqında bütün sterotiplərimizi qırıb öz
fikirlərimizi sərbəst şəkildə yürütməliyik.
Mənbə-Pəncərə