Qadının heç vaxt öz evi olmur - Şəlalə Əmircanovanın səsli fikri
Yazmağa başladığım zaman, belə spontan şəkildə birdən birə yazmıram, hadisələri uzun zaman ərzində müşahidə edirəm. Fərqi yoxdur bu hansı haldır, bu qayda mənim üçün istisnasız baş verir. Əsas olan odur ki, yazdığım hadisələr baş verir.

Əksər hallarda insanlar bloqlar oxuyan zaman ciddi yanaşmırlar, çün ki, yazılan yazının mənbəyi hansısa teoriya deyil məhsi şəxsi müşahidələr və fikirlərdir. Ancaq, qerçəyi eşitmək hər zaman acıdır...

O zaman başlayaq...

Hadisələri müşahidə etdiyim zaman, suallar yaranır, hansılara ki, bəzən cavab tapmaq çox çətin əksər hallarda isə mümkünsüz olur.Maraqlanıram, kimsə qızların həyatı, evi, otağı və şəxsi həyatını heç demirəm belə,- ən azından şəxsi məkanın haqqında heç düşünübmü?

Bu gün evsiz-eşiksiz qızlar haqqında danışacağam. Düşünməyin ki, burada ailəyə sahib olmamaq və ya oxşar bir şey nəzərdə tuturam. Xeyr. O qızlardan danışıram, hansıların ki, ailəsi, valideynləri və evidə var qələcəkdədə “olacaq”, ancaq bu evlərdən ilki ata evi, ikinci isə ər evidi, yəni qızın heçbir vaxt öz evi olmur!

O anadan olur, böyüyür, bəzən böyüyədə bilmir, çatdırmır çün ki, ərə verilir, sonra isə istər istəməz ər evinə gedir.

Yəni O nəticəyə gəlirik ki, ata yanında, yəni ata evində ona cavabdeh atası, və ya qardaşıdır (böyük kiçik fərqi yoxdur). Ər Evində isə əlbətdə ki, bu cavabdehliyi böyük bir məmnuniyyətlə ər üstlənir. Elə çıxır ki, qız heç özünə cavabdeh deyil və burada hansı evdən söz gedə bilər ki?!

Sanki qızın ağlı, düşüncəsi yoxdur. Nəbilim və ya özünə qayğı göstərə bilməz. Birdə elə çıxarırlar ki, sanki qız geri zəkalıdır və düşüncə qabiliyyəti yoxdur.

Burada bir başqa məsələ yenə var.

Ədətən ailədən ilk öncə qızı ərə verirlər. Mən buna aradan çıxarmaq deyərdim. Kiçik və ya böyük olmasının yenədə önəmi olmur. Sonra isə ətrafdan deyirlər, hə artıq azadsınız, ev boşaldı, artıq gəlininizi rahatca gətirə bilərsiniz.

Bir dəfə qonşunun qızı evdə, çox nəvə istəyirsinizsə qardaşımı evlədirin demişdi, nənəsi oyandan cavab verdi ki, o zaman o yekə otağı boşalt o otaq gəlinindi – demişdi. O gələn gəlinində eyni durumda olduğunu unutmayaq əlbətdə ki. Elə çıxır ki, qızın heç ata evindədə yeri yoxdu. Çünki yəgin ki, razılaşarsız ər evində adı “yad qızı” adlandırılır.

Qız hər zaman evsiz-eşiksiz qalır, onun heç bir zaman evi, məkanı, mülki olmur.

Qız atadan onun mülkinin heç olmasa bir qismini belə tələb etsə o dəqiqə dava olar. Sən get öz ailənə bax deyərlər, özünün olacaq deyirlər. O özünün dedikləri ərinin olur əlbətdə ki.

Qızları uşaqlıqdan beləcə öyrədirlər.Altından xətt çəkirəm: bu hər zaman belə olmur, ancaq sıx rastlanılan təcrübə bunu göstərir. Qızın heç atadan nəsə tələb etməyə ixtiyarı belə yoxdur. Buna görədə qadın bunca hadisəyə dözür, zorakılığa, çətinliyə və onun başına gələn hərşeyə. Bəzisini ata evində yaşayır, geridə qalanını isə ər evində. Özünün olsa yəgin ki, fərqli hadisələrlədə qarşılaşardıq.

Müəllif - Şəlalə Əmircanova
Mənbə - Pəncərə
Print Email
FaceBook Twitter Google