Eqo Dostdur, Yoxsa Düşmən?
Eqo, çox olmadığı təqdirdə yararımıza işləyən, hətta çox yerdə streslə mübarizə aparmağımıza kömək edən, normasında olması gərəkən bir şey olaraq təsvir edə bilərik əslində. Təbii ki, sizlər də bunun artığının nə kimi şeylərə yol aça biləcəyini bilirsiniz – ən başda kibir olmaqla(məsələn,Hitler öz eqosu və özünün məğlub olacağını həzm edə bilmədiyi üçün məğlub olmuşdur). Bizlər isə bu müharibəni həyatımızın hər anında veririk, çox vaxt fərqinə varmasaq belə…

“Üzr istəmək, sizin haqsız olduğunuz mənasına gəlmir. Qarşınızdakı insana verdiyiniz dəyərin eqonuzdan yüksək olduğunu göstərir.”

Sigmund Freud

Məsələn, gündəlik həyatımızı ələ alaq, haqlı olduğumuz bir mövzuda müzakirəni və ya mübahisəni bitirə biləcək bir üzr istəməyi çoxumuz “qürurumuza” yedirə bilmirik; bunun səbəbi də əslində elə eqomuzdur, haqlıyamsa niyə mən üzr istəyirəm düşüncəsidir hətta. Təbii ki, sizə eqomuzu bir kənara qoymalıyıq demirəm, çünki mən bunu uzun müddət boyu yoxladım. Faydasından çox zərəri dəyir; insan, özünü sevə bilmir. Bunu bəsit bir misalla izah etməli olsam: yazdığım heç bir yazımı sevə bilmirəm, etdiyim edit’lərdə hər zaman qüsur axtarıram. Bu düşüncəyə geniş bir bucaqdan baxsanız, əslində gözəl bir şey kimi görünə bilər, necə olsa bu düşüncələrimdən ötrü özümü hey inkişaf etdirəcəm və daha artıq yazacam. Ancaq heç də elə olmur, çox zaman yaxşı deyilə biləcək bir səhifəni bütünlüklə silir, yazıyı bitirməyin verdiyi o həzzi ala bilmirəm; sadəcə duyğularımı insanlara az-çox ötürə bildiyimi düşünür və özümü tətmin edirəm. Bəs bunun tərsi bir vəziyyət necə olur, deyə düşünək.

Bizmi eqonu, eqomu bizi idarə edir?

Ətrafımızda bu tip insanlar artıqlaması ilə olduğu üçün bunu düşünməyimiz daha asan olacaq. Kibirli, hey özü ilə övünən, yanlışlarını belə görə bilməyən, sadəcə özləri üçün yaşayan və düşünən insanlar və hər kəs bilir ki, eqonun artığı heç də yaxşı bir şey deyildir. Buna görə uzun-uzadı əvvəlki yazdığım şəkildə yazmayacam. Bəs bunun ortası nədir, eqo dediyimiz şeyi gündəlik həyatımızdan çıxarmalıyıqmı? Əlbəttə yox!

Belə düşünək: bədənimiz bir həbsxana, ruhumuz isə(var sayaq) onun tələsinə məhkum olub. Bu vəziyətdə eqonun yox olmağa üz tutması və ya yox olmğı bizim üçün bir bədən həbsxanası olacaq. Buna əlavə olaraq eqonun artığı da həbsxanadan başqa bir şeyi olmayan bu ərazini inkişaf etdirməyimizə mane olacaq. Bura qədər mənfilərindən bəhs etdiyimin fərqindəyəm, indi isə bizə qatdığı şeyləri və özümüzü sevməyin önəmini danışaq.

“Ağıllı İnsan özünə fürsətlər yaradar, tapmaz.”

Francis Bacon

Çox sevdiyim bir yazar olan Montaigne belə deyir: “Nə bilirəm ki?”. Bu qısa və öz cümlə bizlərə Montaigne’nin kibrinə məğlub düşmədiyini və eqosunun onun öyrənməsinə, inkişaf etməsinə mane olmadığını təsvir edir. Cahil insanların ən böyük problemi eqolarına məğlub olmalarıdır. Hər şeyi bildiklərini sanıb, əks düşüncəyi gözdən keçirməzlər, sorğulamazlar da. Eqo bizim dəyərli olmağımız üçün səy göstərir: özümüz və ya insanlar üçün, məsələn, bədənimizə baxmağımız, visual olaraq görüntümüzə əl gəzdirməyimiz, idmana getməyimiz, yeni insanlarla tanış olmağımız, hər hansı birinə və ya heyvana yardım etməyimiz – bütün bunlar əslində eqomuzun nəticəsi olaraq ortaya çıxan istəklərdir. Bu, pis bir şeydirmi? Əksinə, çox təbii və olması gərəkən bir şeydir; hər birimiz bir yerlərə gəlmək, önəmli biri olmaq, sevilmək istəyirik. Bax, bu eqonun tam olaraq doğru istifadəsidir. Özünü qısıtlamayan, inkişafı hədəfləyən insan…

Unutmayın, insan daim təkamül keçirən bir varlıqdır. Əvvəllər müharibəmizi fiziki olaraq verirdiksə, indi mental olaraq veririk.

Müəllif: Elcan Hacılı
Print Email
FaceBook Twitter Google