Gürcü kimdir: Qia Nodiaya cavab
Təkrar biliyin anasıdır...Ona görə də təkrar edib deyəcəm ki, müstəqilliyin əldə olunmasından 30 il sonra da biz, ictiamiyyət olaraq formalaşa bilmədik ki, Gürcüstan/gürcü nə deməkdir və bu fenomenin ayrılmaz hissəsi kimdir. Daha doğrusu kağızda gözəl sözlər yazmışıq ki, “biz Gürcüstan vətəndaşları”, amma gündəlik narativ, mövcud olan sistem və dominant mədəniyyət birgə, dar etik gürcü “təsviri cəmiyyətini” yaradır və hamı fərqli cəmiyyəti təcrid etməyə başlayır. Ultrasağların faşist qrupları tərəfindən etnik gürcü xalqı arasında etno-milliyətçilik və şovinizmin uğurla yayımlanması və əsasının qoyulması məhz bunun nəticəsidir. Bu formulaya əsasən hər hansı bədbəxtliyin və ədalətsizliyin səbəbkarı sistemin başında duran parazit elitalar deyil, məhz qeyri-provoslavlar, qeyri-gürcülər, qeyri-xristianlardır.

Bütün dünyada sağlar qüvvəsinin gücləndirilməsi ilə yanaşı bəzi ekspert və tənqidçilər deyə bilər ki, bu gün Gürcüstanda sağlar qüvvəsinin gücləndirilməsi məntiqi hadisədir. Baxmayaraq ki, mən bu prosesdə daha dərin problemlər və səbəblər görürəm.

Xronoloji olaraq davam etsək, Gürcüstan tarixinin ən milliyətçi və azlıqlara qarşı aqressiv dövrü 80-ci illərin sonu 90-cı illərin əvvəli olmalı idi. Ölkənin imperiyaya qarşı, müstəqillik üçün mübarizə apardığı dövr. Xalqın bir konkret kimlik və şüar ətrafına toplanması lazım olan dövr. Vətən, dil, dinin and yeri olduğu dövr. Hamımız Qamsaxurdiyanın gürcü etnosunu yüksəldilməsi və xüsusiləşdirməsi haqqında nəzəriyyəsini yaxşı xatırlayırıq. Ancaq Qamsaxurdiyanın nəzərəiyyələrinə baxmayaraq, o zaman da yəqin ki, heç kim hər hansı gənci yalnız və yalnız “başqa” kimi göründüyünə və başqa dildə danışdığına görə ölümə layiq görməzdi.

Əsas sualı məhz bu mövqedən verməliyik: bu gün etnik gürcü xalqının güclü olması üçün nə edək və faşist və milliyətçi düşüncələr Qamsaxurdiyanın mitinqlərdə və manifestiyalarda birbaşa əhalini buna doğru çağırdığı zamandan indi daha çox kök atıb?

Əlbəttə bu suala cavab vermək olduqca çətindir və çoxlu əmək, tədqiqat tələb edir. Vacib faktorlar bunlardır: təhsil sistemi, iqtisadi problemlər, sosial məsələlər. Amma təəccüblənirəm ki, bir məsələ ilə bağlı bu günə qədər heç nə deyilməyib. Gəlin, bu gün bundan danışaq və məqsədin kölgədə qalmış tərəfini işıqlandıraq və onu doldurmağa çalışaq.

Nacionalizmin iki növü var, doğuşla (by soil) və qanla (by blood). Gürcüstanda hər iki yanaşmanın tərəfdaşları var. Bir tərəf qərbi, modernist, proqressivlər - Gürcüstanda mülki milliyətçiliyin inkişafını dəstəkləyir, burada etnik olaraq sənin kim olduğunun fərqi yoxdur (qanla). Əgər Gürcüstan vətəndaşısansa o zaman avtomatik olaraq Gürcüstanın və gürcü xalqının ayrılmaz hissəsisən. İkinci tərəf ənənəçilər, pro-gürcülər, “millilər” isə hesab edirlər ki, dövlət bir konkret etnosun mədəni irsini, konkret dini, konkret etnik qrupun nümayəndələrini yalnız ona görə üstün tutmalıdır ki, onlar gürcüdürlər və çoxluq təşkil edirlər.

Bu iki fərqli mövqenin müəyyən paradoks olmaması təbiidir. Paradoks isə ondadır ki, Konstitusiyada yazılmış modernist yanaşmalara baxmayaraq real həyatda demək olar ki, hamı həmçinin, qərblilər, modernistlər və proqressivlər də ənənəçilərin, pro-gürcülərin, “millilərin” mövqeyindən düşünür və hərəkət edir.

Aydın məsələdir ki, bu məktubu oxumaq ən çox qərblilər, modernistlər və proqressivlər üçün acınacaqlı olacaq. Çünki onlar mənə qarşı çıxır və deyirlər ki, onlar səmimi qəlblə bütün Gürcüstan vətəndaşıarının, Gürcüstan və gürcü xalqının ayrılmaz hissəsi olduğuna inanırlar. Və bir halda ki, mənim əsas məqsədli auditoriyam da onlardır, yəqin ki, konkret misal çəkməli olacam ki, nə demək istədiyimi düzgün çatdırım, bizim qərbliləri, modernistləri və proqressivləri daha çox əsəbləşdirməyim. Ona görə də gəlin belə qərbçi, modernist və proqressiv professorun, mülki fəal, və keçmiş siyasətçi Qia Nodianın gürcü millətçiliyi, dövləti və Gürcüstanın gəlcəyi haqqındakı məqaləsini müzakirə edək.
Qia Nodia və onun məqaləsini iki səbəbə görə seçdim. Birinci, yəqin heç kim mənimlə mübahisə aparmaz ki, Nodia olduqca liberal, modernist və proqressiv düşüncəli adam və tədqiqatçıdır. Şəxsi söhbət zamanı ondan soruşsaq ki, Gürcüstanın etnik azərbaycanlı, erməni yaxud çeçen vətəndaşı kimdir o, düşünmədən (və yəqin ki, müəyyən qədər düşünərək də) cavab verər ki, bu xalqlar Gürcüstanın və gürcü xalqının ayrılmaz hissəsidir. Çünki onlar Gürcüstan vətəndaşlarıdır. Onun səmimiliyinə nə mən nə başqası şübhə etməz. İkincisi odur ki, onun məqaləsində əksini tapan və formalaşan fikirlər bu abzasın birinci hissəsində qeyd olunan mövqeyə heç uyğun gəmir. Beləliklə, Nodia öz məqaləsində nə deyir?

2009-cu ildə yazılan məqaləsində Qia Nodia Gürcüstan və gürcü xalqının keçmişini, indisini və gələcəyini dörd əsas postulat olaraq xülasələşdirir:
1) Gürcü xalqının inkişafı üçün dövlətçilik yeganə qəbul olunacaq formadır.

2) Avropa və Qərb Gürcüstana nümunə model olan böyük ailə, kimlikdir. Bu deməkdir ki, (a) Gürcüstan Avropa və Qərbin bir hissəsi kimi müzakirə edilməlidir. (b) Gürcü dövlətçiliyinin qurulması dövründə Qərb rəhbər çərçivədir.
3) Rusiya Gürcüstan üçün ən böyük təhlükədir və birbaşa yaxud saxta yollarla Gürcüstanda qeyri-stabillik yaratmağa çalışır.

4) Gürcüstan tolerant ölkədir və etnik azlqılardan dövlətə qarşı sadiq və loyal olmağı tələb edir. Nodia etnik azlıqları “daxili başqalar” adlandırır və izah edir ki, Gürcüstan rus müdaxilələri olmasa azlıqlar problemini həll edə bilər. O, etnik azlıqları problem kimi xatırlayır və Gürcüstan hökumətinin onu “həll edə” biləcəyini də qeyd edir.

Bu məqalədə Nodia şərhlərdən kənar çox terminlərdən istifadə edir. İlk növbədə, o, gürcü milləti və ya inkişaf deyəndə nəyi nəzərdə tutduğu haqda heç nə demir. Buna baxmayaraq məqalənin əsas patosundan dolayı nəticə çıxara bilərik ki, o, gürcü milləti olaraq etnik gürcüləri müzakirə edir. O. İlianın “vətən, dil, din” sözlərinin analizinə böyük vaxt ayırır və eləcə də “gürcü geni” haqqında xüsusi söhbət açır. Etnik azlıqları isə “daxili başqalar” adlandırır. Nodianın fikrincə gürcü millətinin inkişafını etnik gürcü mədəniyyətinin qorunub saxlanılması kimi başa düşə bilərik. Nodia həmçinin, etnik azlıqların sadiqliyi və loyallığında nəyi nəzərdə tutduğunu demir. Amma bu konkret məqalədə Nodianın gürcü milləti olaraq yalnız etnik gürcüləri nəzərdə tutmasını nəzərə alsaq , o zaman sadiqlikdə etnik azlıqların ölkə daxilində etnik gürcü mədəniyyətinin dominantlığını etiraf etməsini nəzərdə tuta bilər. Yekun olaraq Nodia eləcə də Gürcüstan hökumətlərinin etnik azlıqlar “problemini həll” edə biləcəyini deyəndə nəyi nəzərdə tutuduğunu qeyd etmir. Böyük yəqinliklə söhbət Abxaziya və Cənubi Osetiya konfliktindən gedir ki, rus müdaxilələri və işğalı olmazsa, Gürcüstan asan şəkildə bu konflikti həll edə bilərdi.

Bütün bu izah edilməyən terminlərdən əlavə məqalədə üç əsas boşluq görə bilərik. İlk növbədə məqalə ölkə daxilində vahid kimliyin necə formalaşa biləcəyi haqda heç nə demir. Mənim məktubuma Nodianın cavabı belə ola bilər ki, o, məqalədə tarixi prosesləri izah edəcəkdi. Baxmayaraq ki, onun postulatları gələcəyə istiqamətlənib. Ancaq həmin gələcəkdə o, bir qərbçi, modernist və proqressiv şəxs kimi vahid gürcü kimliyinin formalaşmasını necə gördüyünü izah etməyə məcburdur. İkincisi aydındır ki, Nodia sadiqlik və loyallıqdan danışanda yalnız Abxaziya və Cənubi Osetiya hadisələrindən dolayı düşünür və yazır.

Mənim fikrimcə bu məqalədə o, ümumiyyətlə etnik azərbaycanlıları, ermənilər və çeçenləri görmür. Çünki bu xalqlarla sadiqlik problemi yoxdur. Daha artığı, Nodianın məqaləsindən həm də görsənir ki, onlar Gürcüstana sadiqdirlər, amma əksəriyyət onları problem və təhlükə kimi qəbul edir. Üçüncü və ən əsası o, proqressiv şəkildə etnik azlıqlardan Gürcüstan hökumətinin həll edə biləcəyi problem kimi danışması ilə etnik azlıqların obyektivləşdirilməsi (Objectification) və demonizasiyasına təkan verir.

Qeyd olunan məqalənin tənqidini belə yekunlaşdıra bilərik: Məqalə Gürcüstan fenomenini dar etnik çərçivəyə yerləşdirir və onu yalnız etnik gürcülərə aparıb çıxarır. Məqalə ümumiyyətlə etnik azlıqları görmür, yaxud görsə də onlar yalnız problem olaraq xatırlanırlar. Məqalənin əsas patosu belədir ki, Gürcüstan (bu halda etnik gürcülərin) hökumətləri xarici faktorlar olmasa bütün “problemləri”, həmçinin “daxili başqaları” həll edə bilər. Beləliklə, qərbçilərin, modernistlərin, proqressivlərin baxışını ənənçilərin, gürcülərin, “millilərin” baxışından nə fərqləndirir? Bu məqalədə əlbəttə, bərabərlik və vətəndaşlıq haqqında gözəl şəkildə bəyan edilmiş sözlərdən başqa, xüsusi və birbaşa şəkildə deyilən “Gürcüstan yalnız gürcülərindir” narativindən fərqli nə var?

Bu məktubun məqsədi yuxarıda qeyd olunan iki qrup arasında bərabərlik əlaməti qoymaq deyil. Mən hesab edirəm ki, proqressivlik, modernistlik, qərbçilik düşərgəsində problemimiz var. Məsələlərə dərindən baxsaq görərik ki, mövqe və real hərəkətlər Nodianın ictimai şəkildə tanınan mövqelərinin onun məqaləsindəki patosuna uyğun gəlmədiyi kimi, bir-birinə uyğun gəlmir. Bunu bir tərəfdən ənənəçilər, gürcülər, “millilər” və digər tərəfdən ən əsası etnik azlıqlar yaxşı hiss edir.

Nəticədə iki problem əldə edirik. İlk növbədə yüksək təzyiqli, amma boş sözlər kimi qalan liberal elita, ictimaiyyətin geniş kütlələri ilə əlaqə qura bilmir və şovinist və faşist ideologiyası olan siyasi qüvvələr onlar arasında radikal etno-milliyətçiliyin yayılmasını asan şəkildə həyata keçirir. İkinci, belə reallıqda etnik azlıqlar yalnız bəyannamə və sağlıqlar səviyyəsində deyil, azlıqları səmimi şəkildə Gürcüstan və gürcü millətinin ayrılmaz hissəsi olaraq müzakirə edə biləcək həqiqi vasitəçini axtarmaqda çox çətinlik çəkirlər.
Belə şərtlərlə yəqin ki, dayanmalıyıq və düşünməliyik ki, qapalı dairəni nə aça bilərik. Ancaq bu haqda yəqin ki, növbəti məktubda danışarıq.

Mənbə: emc.org.ge
Print Email
FaceBook Twitter Google