Zorla evləndirdildiyim, məni döyən şəxslə ömür boyu yaşaya bilməzdim
Şaxzaydə Orucova qadınlar evində yaşayır. O, ailəsinin necə onu zorla evləndirdiyi haqqında danışır.

"15 yaşımda analığım özümnən 15 yaş böyük biriylə nişanlandırdı. Mən nişanı atmaq istədikdə, nişanlım tərəflə razılaşaraq mənim qaçırtdırdı.

Zorla qaçırdıldıqdan sonra, yoldaşım mənə həmişə pis davranırdı, hər balaca problemə görə məni vururdu. Bacım vatsapmənim şəklimi qoyması, qardaşımnan danışmaq onun üçün vurmağa bahanə idi. Bir ay yarım evli qaldıqdan sonra dözə bilməyib ata evinə qayıtdım.

Ögey anam bu səfər məni başqasıyla evləndirmək istəyirdi. Atam heç vaxt məni ögey anamdan qorumayıb. Onnuda mən evdə həmişə onunçün artıq yük idim.

Beşinci sinifdən sonra məktəbə getməyə icazə vermədi. Küçük yaşımdan evin bütün işlərin mən görürdüm, evdə yaşlı nənəmə də mən baxırdım. İkinci dəfə evlənməyə razı olmadıqda, mənə ya evlənərsən ya da evdən gedərsən dedi. Məndə çarəsiz evdən çıxdım, polisə müraciət etdim. Polis isə məni qadın sığınma evinə yerləşdirdi. Burada məni müəyyən kurslara göndərirlər, azda olsa gürcü dilini öyrəndim. İndi buradan çalışırlar ki məni işlə təmin etsinlər.

Evə qayıtmaq haqqında düşünmürəm, ailəm onnuda mənnən maraqlanmır. İşləyib öz ayaqlarımın üstündə durmaq istəyirəm".


məmbə: Pəncərə
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər