Hamiləliyimin 4-5-ci aylarında idim qayınatam əsa ilə qarnıma vurdu" - Sığınacaq yeri olmayan, zorakılığa məruz qalan qadın
Ayşən Bəşirova yoldaşının ailəsi tərəfindən
sistematik iqtisadi və psixoloji zorakılığa məruz
qalıb.
“Evləndiyim oğlan məni toyda bəyənib. Yoldaşımın dayısı arvadı
bizim qohumumuzdur, o, oğlanın mənə elçi göndərmək istədiyini və
yaxşı oğlan olduğunu bildirdi. Anam uzun illərdir rəhmətə getdiyi
üçün bütün qərarları atam verirdi. Oğlan atamında xoşuna gəldi,
nişanlandıq, sonrada toyumuz oldu. Evləndikdən sonra Tiflisdə
yoldaşımın ailəsiylə birlikdə yaşadıq. Evləndikdən qısa müddət
sonra hamilə qaldım. Toydan bir ay keçməmiş qaynanam yavaş-yavaş
deyinməyə başladı. O, deyirdiki mən səni onnuda istəmirdim, oğlumun
xətrinə qəbul etdim. Bir müddət dava-dalaşdan sonra ayrı evə
çıxdıq. Amma yoldaşım hər dəfə ata-anasının yanına gedib-gələndə
evdə narahatçılıq olurdu. Bir müddət sonra dözməyib dedim ki, məni
kəndə, dayımgilə apar, boşanaq. Yoldaşım etiraz etdi ki, mən səni
buraxmaram, ailəsiylə vəziyyəti düzəldəcəyinə söz verdi.
Bir müddət sonra yoldaşım mənə dediki bir müddət kəndə gedək,
hamiləsən bir az havanı dəyişərsən. Getdik dayımgilə, yoldaşım
Tbilisiyə qayıtdı. Üç gündən sonra mesaj yazıb ki, bağışla mən
səndən ayrılmalıyam. Dayımgil bunu qəbul etmədi, ailələr öz
aralarında danışdı, geri yoldaşım evinə qayıtdım. Bundan sonra
problemlə daha çox artdı. Qaynənəm və qaynatam məni hər cür təhqir
edirdilər. Evli qaldığımız müddətdə dəfələrlə tələb etsəmdə rəsmi
nigah qıymdılar. Evləndikdən bir müddət sonra qızıllarımı əlimdən
aldılar. Hamiləliyin 4-5 ayında qaynatəm məni əl ağacıyla qarnıma
vurdu, qolumla qarnımı qorudum, xoşbəxtlikdən uşağa bir ziyan
dəymədi. “
Ayşən deyir ki, qaynənə-qaynatasının ailədə onu istəmidiyini bilmir
amma onlarla yaxşı münasibət qurmaq üçün əlindən gələni edib.
Halbuki mən gəlinlik vəzifəmi yerinəyetirmək üçün əlimdən gələni
edirdim. Hər gün səhər tezdən durub, evi təmizləyib, süfrəni
hazırlayırdım. Hamiləlikdə də evin demək olarki bütün işləri mən
görürdüm. Anasız böyüdüyüm üçün qaynanamı anam yerinə qoyurdum. Ona
hörmət edirdim, amma o məni heç vaxt istəmirdi.
Bütün hamiləliyim stres altında keçirtdim. Evdə də düzgün yemək
yeməyimə belə icazə vermirdilər. Çox vaxt qonşularda yeyirdim.
Həkimə aparsalar belə həkimin təyin etdiyi dərmanları almırdılar.
.
Atama boşanmaq haqda deyəndə, deyirdi ki “ boşanma döz, ailəni
dağıtma”. Onlar öz aralarında danışarkən eşidirdim ki, uşaq
doğulanda uşağı əlimdən almaq, məni dəlixanaya atmaq istəyirdilər.
Axırda baxdım ki, heç bir çarəm yoxdur. Qərar verdim ki, ən yaxşısı
uşağı doğmamış o evdən uzaqlaşmalıyam. Amma haraya gedəcəyimi, necə
yaşacağımı bilmirdim. Atam deyirdi ki, uşağını at gəl, uşağı burada
qoyub gedə bilməzdim. Özüm gürcü dilini bilmirəm, məktəbi
bitirməmişəm burada iş tapıb işləməyim demək olarki, mümkünsüzdür.
Bir tanışım vasitəsiylə hüquqşünasdan məsləhət almağa getdib.
Vəziyyətimi görən, hüquqşünas “Sapari”təşkilatına müraciət edə
biləciyimi dedi.
Təşkilatın dəstəyiylə Ayşən, yoldaşına məhdudlaşdırıcı order
yazılmaqla, dövlət qadınlar evinə yerləşdirildi. Bir neçə gün əvvəl
o, uşağını dünyaya gətirdi. Hazırda hər ikisinin vəziyyəti
yaxşıdır.
Ayşən yoldaşının evində psixoloji və iqtisadi zorakılıq qurbanı
olmasına baxmayaraq, bu məsələ haqda istintaq başladılmayıb.
Müəllif - Tozu
Gülmamedova
Mənbə -
Pəncərə