Cəmiyyət qadına “səhvini” heçbir zaman unutdurmur - Şəlalə Əmircanova
15:58 / 04.11.2019
Günəş 17 yaşında öz istəyi ilə ailə qurub.
Sevərək evlənməsinə baxmayaraq ailə zorakılığının qurbanı olub və
bir çox çətinliklərdən keçib. Bu gün Günəş Tbilisidə dövlət
universitetlərindən birində təhsil alır və O, bunu keçdiyi yolu
cəmiyyətin ona hər dəfə xatırlatmasına baxmayaraq
bacarıb.
“Bu gün həyatım çox dəyişib, mən bir dəfə səhv etdim
ancaq ayaqda qalmağı bacardım. Asan deyil ancaq bizim cəmiyyət bunu
iki dəfə dahada çətin edir. Biz nəqədər o dövr bitdi desəkdə bir
kəlimə deməkləri keçmişin izini xatırlatmağa yetərli
olur”-deyir Günəş.
20 yaşlı Günəş məktəbi bitirdikdən sonra ailəsinin razılığı olmadan
ancaq öz istəyi ilə sevdiyi şəxslə “qaçaraq” evlənib. Uzun zaman
ailəsinin buna narazlığı olsada az yaşlı qız bu addımı atarkən
düzgün olduğunu zənn edib. Kənd məktəbini seçilən şagirdlərində
olan Günəş həmin zaman məktəbi yeni bitirib və dövlət qəbul
imtahanında da iştirak edibmiş.
“O yaşda ailə quran zaman elə bilirsən ki, hər şey
xəyal etdiyin kimi olacaq, ancaq elə olmur. Ailədə çətinliklər olur
və hər nə olsada dözüb öhtəsindən gəlmək lazımdı. Mənim təhsilimi
davam etdirmək istəyim ailə böyüklərinin etirazına səbəb olmuşdu.
Hər zaman yanımda olacağını düşündüyüm yoldaşım təsəvvürümdə ki,
kimi addımlar atmadı”-söyləyir Günəş.
Günəş danışır ki, ailədə ortaya çıxan bir çox maddi problemlər
erkən yaşda ailə qurmağın düzgün addım olmadığını təstiqləyir.
Bunün üstünə isə ailə zorakılığı baş verən zaman artıq bu prosses
dözülməz hal alır. Özünün də söylədiyinə görə qaçaraq evləndiyi
üçün ailəsinin başının aşağı etdiyini düşünürmüş, cəmiyyətin
gözündə “ikinci səhv addımı” atıb boşanarsa növbəti qınağa məruz
qalacağına əminimiş. Buna görədə ailə zorakılığına bir necə dəfə
məruz qalsa da susub dözürmüş.
“Mən az yaşda ailə qurdum, bu gün görürəm ki, səhv imiş. Ancaq o
yaşlarda bir uşağın nəyin doğru nəyin yalnış olduğunu seçməsi çox
çətin olur. Mən öz seçimimin qurbanı oldum. Xoşbəxtəm ki, zorla
evləndirilməmişəm əksinə səhv etməyimə baxmayaraq ailəm mənim hər
bir çətinlikdə dəstəkçim olub. Onlar mənə dəstək olmasa bu gün
deyil təhsilimi azad şəkildə davam etdirmək heç o zorakılığın
içindən çıxa bilməzdim”-deyir Günəş.
20 yaşlı Günəş bu gün təhsilini davam etdirir, çalışır və ayaqda
güclü şəkildə durur. Əsas məqsədi təhsilini tamamlayıb öz istədiyi
sahədə işlərinə davam etməsidir.
Müəllif - Şəlalə
Əmircanova
Mənbə - Pəncərə