Erkən evlilik- vaxtında diaqnozu qoyulmayan bir xəstəlikdir hansı ki, adət adlandırılır
Hər bir cəmiyyətdə olduğu kimi , bizim
yaşadığmız toplumda da problemlər mövcuddur . Bu qaçınılmaz
hadisədir. Ancaq təəssüflər olsun ku, bizim toplumda problemi həll
etmək üçün hərəkətə keçmək çoxluq tərəfindən qaçılınan hadisə idi
son beş - on ilə qədər.
Müəliff -Gülgün Məmmətxanova,
Pəncərə
Məhz bu gecikmə səbəb oldu ku, bu gün azərbaycanlılar deyiləndə
“erkən evllilik“ gəlir ilk ağıla. Halbuki bu problem əgər obyektiv
nəzər yetirsək bütün Qafqaz xalqlarında mövcud idi . Ancaq onlar bu
problemi dərk etdilər və aşmaq üçün zamanında hərəkətə başladılar.
Bizdə isə zamanında dəf edilmək yerinə , darbazaya qırmızı lent
bağlanmağa davam edildi və buna “ adət-ənənə “adı verdik. Əslində
ən böyük səhf isə bu problemim “adət-ənənə” kimi alğılanmasıdır .Ən
düzgün forma isə zənnimcə cəmiyyətdə mövcud olan bir növ xəstəlik
olmalı idi.
Xəstəlik, hansıkı zamanın da düzgün diaqnostikası tapılmadı və
sonradan ona “ adət-ənənə” adı yapışdırıldı. Tarixə fikir versək ,
1918-ci ildə Gürcüstanda , Tbilisi qəzasına demokratik yolla
seçilmiş deputatlardan biri azəri-gürcüsü ( Gürcüstan
azərbyacanlısı) olan qadın Pərixanım Sofiyeva idi. Təsəvvür
edilməsi çətindir, 1918-ci ildir və bizdən olan bir qadın öz
yaşadığı regionda Gürcüstan Sosialist Federalistlər partiyasını
məğlub edərək, bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə
daxil olur ,ancağ biz bu gün erkən evliliyin , qadına şiddətin
qarşısını almağ üçün “ pələsənk olmuşuq” , “erkən evliliyə son“
şüarı altında öz gənclik enerjimizi dibinə qədər “
yıxıb-sürüyürük”. Halbuku bu enerjiyi insanlıq üçün faydalı şeylərə
sərf edə bilərdik. Ancaq düşünürəm ki, yenədə xoşbəxt olunması
gərəkən haldır. Necəki qeyd etdim, son beş-on il əvvəl cəmiyyətdə
bir qığılcım oldu və bu qığılcımın nəticəsində problemlərə göz
yummayan “gənc həkimlər “ meydana çıxdılar.
Son nöqtə, 2019-cu ildə cəmiyyəti müalicə edən bu “ həkimlər “
güclü bir yumruğa dönüşdülər. Elə bir yumruğa kı, əminəm “onlar”
qorxacaqlar. Çünkü “onlara” elə bir zərbə vurulacaq kı, yenidən
“dirilmək “ üçün mütləq “öləcəklər”. Bu yumruğun formalaşması əgər
diqqət yetirsək, gənclər üçün mənəvi cəhətdən əsil işgəncə oldu.
Biz “üz qaramız” olan problemizdən dolayı utansaqda , susmadığ
.
Öz istəyimizlə ictimatiyyətə səs saldıq , cəmiyyətmizdə mövcud olan
qadına qarşı şiddəti səsli qınadığ , gürcüstanda mövcud olan
müxtəlif mediaları üçün reportajlar verdik , o reportajların “
Gürcüstanda yaşayan etnik -azərbyacanlılar arasında adət-ənənə olan
erkən evlilik hələdə əsas problem olaraq qalır” başlığı bizim
ürəyimizə “ qan dağlasada “ yenədə utanmadıq, dilə gətirdik.
Nəticədə alındı. Məhz bu ictimailəşdirmə nəticəsində gənclərin
içindən hərəsi bir tərəfə səpələnmiş “ gənc həkimlər “
bir-birlərini tapdılar və böyük bir güc ətrafında birləşdilər.
Onlar hələlik tək bir, balaca binası olan “xəstəxana” yaratdılar.
Düşünürəm ki, ilkin məqsədmizə çatdıq və artıq ikincı addımı
atmağın vaxtı gəlib catıb. Bu “ xəstəxanın” gənc həkimləri əlləri
bıçaqlı mövcud olan baxış açısını elə bir kəsib -doğruyacağlar kı,
elə bir şiddət, vəhşilik eliyəcəklər ki , “onlar” üçün qorxulu bir
filmdən fərqi olmuyacaq. Buradada ən gözəl məqam bu səfər biz
olacağıq “qatil” , “ onlar “ yox. Biz atamızın , anamızın ,
nənəmizin , babamızın, bir bacının , bir qardaşın “ qatili “
olacağıq, əgər onlar “ onlara” daxildirsə. Bax bu ikinci addım
sayıla bilər və bu “ qətliamın “ sonunda cəmiyyət diriləcək . O
zaman artıq “sus “ və “ öldür”!
Qızlar, siz tək deyilsiniz! –
“Salam” platformasının yeni müraciəti
“Salam” – etnik
azərbaycanlılara qarşı formalaşmış təsəvvürləri dəyişmək üçün
platforma
“Salam biz gəldik!”- Gürcüstan Azərbaycanlı
gəncləri