„Gəlin mənim süpürgəmdir...” - Ziyaddın Hüseyinovun səsli fikri
14:26 / 22.01.2020
Müasir dünyada, necə
deyərlər 21-ci əsrdə yaşamağımıza baxmayaraq cəmiyyətimizdə
qadınlarla bağlı bir çox yanlış fikirlər, stereotiplər mövcuddur.
Bunlardan bir neçəsini müzakirə etmək
istəyirəm.
Əvvəlcə başlayaq bu stereotipdən “Qadın zəif məxluqdur”. Əvvəlcə
sizcə də „məxluq“ sözü çox yanlış ifadə deyilmi? „Məxluq” yox bir
„Canlı“... “Zəif” sözünə gəldikdə isə xeyir, heçdə elə deyil. Bu
günə qədər qarşı cinsi heç vaxt zəif və ya gücsüz kimi görməmişəm.
Keçən əsrdə, loru dilində desək “komministin vaxtında” da qadınlar
həm işləyib pul qazanıb həm də evdə uşaq böyüdüb, tərbiyə ediblər.
Eləcədə məktəb vaxtı qadın müəllimələrimizin sayı daha çox idi
nəinki kişi müəllimlərin. Hal-hazırda Tbilisidə, dövlət ve özəl
universitetlərdə oxuyan eləcədə cəmiyyətdə aktiv olan qızların sayı
daha çoxdur. Həmçinin bizim hazırlıq vaxtı qrupda qızların sayı
daha çox idi nəinki oğlanların . Mənim fikrimcə, cəmiyyətdə bu
qədər savadlı və aktiv qızlar olduğunu nəzərə alsaq bu sözü demək
heçdə düzgün olmaz . Əlbəttə burada fiziki cəhətdən zəifliyi
nəzərdə tuta bilərsiniz ancaq, fiziki cəhətdən zəif olsa da böyük
nəailiyyət qazanan bir çox qızlar var. Qeyd etdiyim kimi tələbə
olan qızların sayı ötən illərlə müqayisədə daha çoxdur ve günü
gündən çoxalır. Əlbəttə bu çox müsbət bir haldır. Amma bu vəziyyət
cinsiyyətindən və ya yaş məhdudiyyətindən asılı olmayaraq qızların
aktivliyi birmənalı qarşılanmır.
Məsələn deyirlər ki, “Filankəsin qızı Tiflisdə oxuyur. Kim bilir
nəynən məşğuldu, nağayrır orada? Gözünün qavağında döy haa..” və ya
“ Az filankəsin qızını marşrutda gördüm, deyir: Marnola hazırlığa
gedirəm. Dədəsində, anasında ürəy var deyirəm dana. Təhcə də qız
eşiyəmi çıxar..?” Məncə bu kimi ifadələri deyənlərin çoxuda məhz
qadınların özüdür. Qadının dəstəkçisi ilk növbədə öz həmcinsi
olmalıdır. Yəqin məhşur “ Qayınana” filmindən bu fraza yadınızdadır
“ Gəlin mənim süpürgəmdir, harada qoysam orada da durmalıdır. ”
Qadın da qadına belə deyərsə daha biz kişilərdən böyük şeylər
gözləmək məntiqsiz olar. Məntiq demişkən qədimdə qızları
doğulduqdan sonra ya diri-diri yandırır yada ki bastırırlarmış.
Yəqin özlərini də bir qadInIn dünyaya gətirdiyini unudublarmış, əks
halda bu hadisə heç bir məntiqə sığmır. Və fikirimi Peyğəmbər
(s.ə.v) əfəndimizin sözləriylə bitirmək isteyirəm. „Cənnət anaların
ayağı altındadır.“ Unutmayaq ki, qadın cəmiyyətin bir hissəsidir,
qadın o cənnətin yerləşdiyi yerdir!