Azadlıq asan əldə edilmir, böyük tarixi yazan, qəhrəmanlar var - Xəlil Nurinin səsli fikiri
Bu gün, 26 may Gürcüstanın müstəqilliyi günüdür. Bu gün həmin böyük gündür ki, sahib olduğumuz bir çox dəyərləri əldə etmişik. Azadlıq asan əldə edilmir. Böyük tarixi yazan, qəhrəmanlar var . O, böyük şəxsiyyətlərdən biri də məhz bizlərdən biridir.

“Demokratik yolla seçilmiş ilk müsəlman qadın” olaraq dünya tarixinə düşən PƏRİ XANIM SOFİYEVA.

Böyük xalqlın övladları da böyük olur. Gürcüstan Rus imperiyasına baş qaldırıb öz müstəqilliyini elan edərkən, bizim xalq bəzi xırda xalqlar kimi separatçılıq yolu tutmadı. Biz bir xalq olaraq GÜRCÜ XALQININ yanında durduq. Bunun ən bariz nümunəsi də, böyük türk qızı PƏRİ XANIMIN Birinci Gürcüstan Parlamentinə millət vəkili seçilməsidir. Eşq olsun Pəri xanıma, onun seçdiyi düzgün yola.

Məncə, ilk çadrasını açan deyil, ilk gözəllik yarışına çıxan müsəlman qadın deyil, başında örpəyi ilə imperializmə baş qaldıran, müstəqilliyə dəstək verən, seçmə və seçilmə hüququnu müsəlman qadınına yaşadan ilk qadın PƏRİ XANIMDIR.

MÜSƏLMAN-TÜRK QADINININ RƏMZİ!

Eşq olsun Müstəqil Gürcüstana!
Eşq olsun “kövrək” demokratiyasında belə müsəlman qadının seçilməsinə fürsət verən BİRİNCİ GÜRCÜSTAN RESPUBLİKASINA!
Eşq olsun müstəqillik uğrunda mübarizə aparan vətən övladlarına!
Eşq olsun PƏRİ XANIMA!
Eşq olsun Azadılıq eşqi ilə daha Güclü Gürcüstan uğrunda mübarizə aparanlara.

Müəllif: Xəlil Nuri
Print Email
FaceBook Twitter Google