COVİD-19 – un yaratdığı sərt karantin və nostalji
Karantin günləri Marneulidə yaşayan qadınların görünməyən əməyini iki dəfə artırdı, eyni zamanda köhnə və yeni vəziyyətin samovar çayı süfrəsi ətrafında müqayisə etmək üçün boş vaxt da yaratdı.

“Bir çox biliyim olmasına baxmayaraq, hər zaman özümü fəal olmaqdan geri çəkmişəm. İtaətkarlıq beyinə həkk edilən bir şeydir və mən itaətkarlıqla "həqiqi qadın" olaraq yetişdirilmişəm,” -
47 yaşlı Xanım Məmmədova deyir.”

Xanım Məmmədova Marneulilidir. O, Marneuli bağlandıqdan və sərt karantin rejimi elan edildikdən sonra işini itirib. Artıq iki aydan çoxdur ki, evdədir, ev işləri və ailəsinə qayğı ilə məşğuldur.

Məmmədovanın əsas peşəsi müsahiblikdir. O, ali təhsilini SSRİ dövründə Azərbaycanda alıb, onun bildirdiyinə görə, universiteti qırmızı diplom ilə bitirib. Ancaq heç vaxt öz peşəsi üzrə işləməyib.Deyir ki, təhsilini tamamladıqdan sonra Marneuliyə, doğma kəndinə qayıdıb və qısa zaman sonra ailə qurub.

“Bugünkü vəziyyətə baxanda erkən evliliklərə və ailələrin bu kimi mövqelər, qızlarını erkən yaşda evlədnirmək və ya zorla qaçırılmanı nəzərdə tutan hadisələr, məni heyrətə gətirir. Öz gəncliyimi xatırlayıram, demək olar ki, hərkəs orta mətkəbi bitirirdi və kəndlərdən maddi imkanı olanlar mütləq Azərbaycana və ya Rusyaya təhsil almaq üçün üz tuturdular. Bu qayda qızlara da aid idi, qızların çoxu əsasən texnikumda təhsil alırdı. Mən özüm fakultətə 3000 oğlanın içində oxuyurdum və qrupda cəmi bir neçə qız var idi", - Xanım deyir.

Xanımın sözlərinə görə, onun gəncliyində qızın kənddən uzağa təhsil almağa getməsi, getdiyi yerdə azad yaşaması və təhsil alması normal qəbul edilirdi. Xanım ali təhsilini 22 yaşında tamamlayıb. Qarışıq dövrdə kəndə qayıdan gənc qızı eyni ildə ailələrin ortaq qərarı ilə öz qohumuna nişanlayıblar. Dediyinə görə, "namizədi" ailə böyükləri seçib və elə onların danışıqları ilə toy haqqında qırar verilib.

Bu gün Xanım artıq 20 ildən çoxdur ki, ailəlidir. Qeyd edir ki, bu illər çətinliklərlə dolu olub.

“O zamanlar cəmiyyətdə əksər halda böyük ailələrə rast gəlinirdi, bu isə çox çətin bir vəziyyət idi. Mənim baldızım evlənənə kimi, bizim ailənin 11 nəfər üzvü var idi. Xatırlayıram, bir ara rayonda iş təklif etdilər, uşağım körpə idi və qayınatamın istəyi ilə evdə qaldım. Mənim qarşı çıxmaq hüququm yox idi, çünki, o ailənin böyüyü idi. Mən və həyat yoldaşım məcbur kənd təsərufatı işlərinə davam etdik”, - Məmmədova deyir.

Xanım evliliyin 5-ci ilində ailəsi ilə birgə Marneuliyə köçüb, əvvəlcə evdə, sonra isə evdən kənarda işləməyə başlayıb. Peşəsi üzrə heç vaxt işləməyib. Onun bildirdiyinə görə, buna səbəb onu rəsmi işlə təmin edəcək tanışının olmaması idi. Təxminən on il işləyib, ancaq pandemiya onun taleyini dəyişib.

“Marneuliyə köçəndə sadəcə bir çanta paltar ilə gəldik. Kirayə ev tutduq və hər ikimiz (mən və həyat yoldaşım) işləməyə başladıq. Çox çətin illər idi. Bu gün öz evimin olması mənim üçün böyük xoşbəxtlikdir deyə düşünürəm və bunu hamıya arzu edirəm. Bazarda şlədiyim vaxtlar evə günorta qaydıırdım və qadın olduğuma görə hər işi görmək mənim öhtəliyimdə idi. Əvvəlcə yemək bişirmək lazım idi, buna görə əksər hallarda səhər çox tez qalxmalı idim ki, evə ac qayıdan ailə üzvləri soyuducuda hazır yemək tapa bilsinlər. Sonra yığıb yığışdırmaq, yumaq, ütüləmək və s. Bu mənim iki qat əməyim idi, evdə və evdən kənarda.”

“Qadınları itaətkar böyüdürlər. Buna görə də qadın heç bilmir ki, onun istirahət etmək və ya qarşı çıxmaq (yox demək) hüququ var. Mən də bir çox dəfə ailə zorakılığı qurbanı olmuşam. Bunu deməyə bu gün utanmıram çünki, ətrafımda bu hallar çoxdur. Bunu normal qıbul edirdim, çünki bizə öyrədilib ki, qadın dözümlü olmalıdır və hər şeyə dözməldir”
, – Xanım deyir.

Məmmədova onu da deyir ki, qadının iqdisadi azadlığının olması onu gücləndirir. Dediyinə görə, qadının şəxsi pulu varsa, o zaman hər şeyi bacara bilər. Əlavə olaraq qeyd edir ki, qadınlar mütləq öz hüquqlarını bilməlidirlər ki, qarşılıqsız itaətkarlığın öhdəsindən gələ bilsinlər. Xanım qadınları iqtisadi azadlıqlarını qazanmağa və öz hüquqlarını bilməyə çağırır.

Müəllif: Şəlalə Əmircanova
Əsas qəhraman ilə müsahibə anonim şəkildə yazılıb müvafiq olaraq müsahibin adı və soyadı şərtidir

Məqalə “Freya” ittifaqının “Gürcüstanda Qadınlar Fondunun” maliyyə dəstəyi ilə həyata keçirdiyi “COVİD-19 fonunda ailə zorakılığı risklərinin Marneulidə özünütəcriddə olan qadınlar üçün azaldılması/qarşısının alınması” layihəsi çərçivəsində hazırlandı.

Print Email
FaceBook Twitter Google