Biz məktəbdə oxuyanda İnsan fənni keçirdik və orada insan orqanları
haqqında məlumat verildiyi hissəni müəllim bizə keçmirdi "Lazım
deyil".
Ümumiyyətlə bu haqda uşaqlar hardan necə məlumat almalıdır?
Gəlin etiraf edək ki, valideyinlərimiz bunun barəsində bizlə
danışmır məlumat vermir, çünki sadəcə beyinlərdə "cinsi" sözü
gələndə kişi və qadın münasibəti formalaşır.
Cinsi təhsil kişi və qadın münasibəti deyil, nə də uşaqları cinsi
münasibətlərə təşviq etmək deyil. Əgər onların bu haqqda məlumatı
olsa bu onlar üçün daha əhəmiyyətli olar, gigiyena, erkən nigahın
fəsadları, erkən münasibətin uşağa təsiri kimi suallara onlar
məktəbdə cavab tapa bilər və bunun nə olduğuna bilərdi.
Bu gün 14 yaşlı qız həqiqətən bilmir ki, erkən nigah sabah onda nə
kimi sağlamlıq problemi yaradacaq, onun səhətində daha hansı
problemləri yaradacaq, onun fizioloji və psixoloji inkişafına nə
kimi təsir edəcək.
İndi texnologiya zamanıdır və onlar bu kimi məlumatları internet
vasitəsilə onsuzda axtarırlar və ola bilsin ki, orada onlar düzgün
məlumat ala bilmirlər, olmazmı ki, məktəbdə onlar müəllimdən bu
haqqda daha geniş məlumat alsın?
Bu gün statistikaya baxsaq görərik ki, boşanmaların əksəriyyəti
erkən yaşda evlənən qızların payına düşür.
Səbəblər:
*Uşaq dünyaya gətirə bilmirdi (uşağı olmurdu);
*Dəfələrlə yarıçmçıq hamiləlik baş vermişdi;
* Birinci uşağı qız uşağı idi və sonra həkimlər onun uşaq dünyaya
gətirə bilməyəcəyini qeyd etdi;
*Ərini sevmirdi, qısqanclıq vardı, başqası ilə
danışırdı.
Əslində bütün bunların heç birində o uşağın günahı yoxdur!
Müəllif: Samira Bayramova