Gürcüstan etnik rəngarəngliyi ilə seçilir və bu bizim ölkəmizin
zənginliyidir.
Uzun illərdir ki, Gürcüstanda bu ölkənin etnik azlıqlarını
Gürcüstanın tam vətəndaşı kimi hiss etdirən inteqrasiya siyasəti
həyata keçirilməyib. Gürcüstanda yaşayan müxtəlif etnik azlıqların
nümayəndələri Gürcüstanı öz vətənləri hesab edirlər, lakin ölkənin
siyasi və ya mədəni həyatında iştirakı demək olar ki, görünmür.
Hesab edirəm ki, xalqları biri birinə bağlayan və yaxınlaşdıran
onların mədəniyyətidir. Bu birliyi qeyd etmək üçün mükəmməl nümunə
UNESCO-ya qeyri-maddi mədəni irs siyahısına daxil edilən Novruz
bayramıdır. Gürcüstanda Novruzun qeyd edilməsi ənənəsi əsrlərdən
başlayır. Bunu parlaq gürcü poeması “Pələng dərisi deyinmiş
pəhləvan” sübut edir. Novruzun milli bayram elan edilməsi
Gürcüstanda yaşayan müxtəlif etnik qrupların dostluğunun
möhkəmlənməsində, mədəni və sosial əlaqələrin güclənməsində mühüm
rol oynayacaqdır. Dövlət tərəfindən bu qərarın verilməsi ölkəmizin
çoxmədəniyyətli keçmişinin və bu gününün tanınmasına və gələcəkdə
gücləndirilməsinə yönəlmiş mühüm bir siyasi mesaj olacaqdır.
Bütün bunlardan irəli gələrək, Novruz Bayramın etnikləşdirmə doğru
deyil, bu bayram 12-ci əsrdən xalq bayramı kimi qeyd olunur. Bunun
ən yaxşı nümunəsi illərdir Marneulidə qeyd olun bayram və onun
rəngarəngliyidir. Məqsəd bu rəngarəngliyin qanunda və ölkə
səviyyəsində öz əksinin tapılmasıdır. Məsələyə etnik prizmadan
yanaşmaq və bunu diskriminativ adlandırmaq tamamilə yalnışdır.
Dünənki müzakirələr daha çox etniklərin əsas milli platformadan
necə uzaq olmasını və ümumi dövlətçilik prizmasına yaxın
qoyulmamasını bir daha aydın şəkildə göstərdi. Məsələyə Gürcüstan
vətəndaşlığı və vəhdət baxımından yanaşılmalıdır.
Müəllif: Samirə Bayramova