Rus dilinə nifrət etmirəm - Tamta Mikeladzenin səsli fikri
Rus dilinə nifrət etmirəm və əksinə, mənim üçün rus dili işimdə
istifadə etdiyim, çox sayda sevdiyim mətnin, eləcə də müəllifin
dilidir.
İndi Acarıstandayam və demək olar ki, rus dilinin eşidilmədiyi heç
bir ictimai məkan yoxdur. Sosial səviyyədə bu səslər məqbul və
dözüləndir.
Ancaq kütləvi şəkildə tamamilə neqativ, əksər hallarda nifrət
reaksiyaları ilə qarşılaşırıq. İctimai məkanlarda erməni və
azərbaycan, yaxud meqrel dili eşidiləndə bu hallar baş verir.
Azərbaycan və erməni dilində multimedia materiallarına (gürcü
subtitrləri ilə) hücum və ittihamlar edilir ki, Gürcüstan
Azərbaycanlıları, Gürcüstan erməniləri niyə gürcü dilində
danışmırlar.
İctimai məkanlarda bu dildə danışıldığına görə, dəfələrlə narazılıq
və şikayət hiss etmişəm – necə ucadan danışırlar, baş-beynimizi
apardılar, bu nə dildir belə?! və s.
Etnik azlıqların sıx məskunlaşdığı bələdiyyələrdə xidmətlərin
əlçatanlığı prosesindən və yerli özünüidarənin fəaliyyətindən də
azlıqların dilini tamamilə çıxaran (tərcümə statusu ilə) dövlət
siyasəti haqqında heç nə demirəm.
Biz öz həmvətənlərimizin və mədəni baxımdan bizə ən yaxın xalqların
dilinə dözə bilməməyimizi, öz dil müxtəlifliyimizi təqib etməyimizi
və imperiya, travmatik yaddaşı, yükü olan dili belə asanlıqla
mənimsəməyimizi necə izah edə bilərik?
Nə ilə izah oluna bilər:
İqtisadi arqumentlə?
Daxililəşdirilmiş müstəmləkəçiliklə?
İmperiya irsi/yaddaşı ilə rus dili yenə də yüksək sivilizasiya ilə
assosiasiya olunan zaman bizim yerli dillər, mədəniyyətlər
periferik, geridə qalmış idi?!