O, kriminal avtoritetlərə 6000 dollar verib – Prokurorluq xüsusi əməliyyat nəticəsində dünyasını dəyişən Mirzə Əliyevlə bağlı məlumat yayıb
Bu gün, 7 noyabr tarixində Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə Laqodexi bələdiyyəsinin Qabal icmasında keçirilən xüsusi əməliyyat zamanı xüsusi təyinatlılar tərəfindən qətlə yetirilən Mirzə Əliyevlə bağlı açıqlama verilib.

Prokurorluğun məlumatına görə, öldürülən Mirzə Əliyev cinayətkar aləmlə əlaqəli olub və həbsxanada kriminal avtoritetlərə 6000 dollar verib.

"Daxili İşlər Nazirliyinin apardığı araşdırma zamanı aydın olub ki, xüsusi əməliyyat
zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı açılan cavab atəşi nəticəsində qətlə yetirilən, kriminal aləmin tərəfdarı Mirzə Əliyev kriminal aləmə ödəniləcək məbləğin azaldılması üçün kriminal avtoritetlərə müraciət edib. Məsələnin həlli üçün kriminal aləmin üzvlərinin iştirakı ilə danışıqlar aparılıb. Bu müddət ərzində Mirzə Əliyev cəzaçəkmə müəssisəsindəki kriminal avtoritetlərdən birinə maliyyə yardımı göstərib. Danışıqlar nəticəsində nəhayət razılaşma əldə edilib və bunun müqabilində Mirzə Əliyev kriminal avtoritetlərə 6000 ABŞ dolları köçürüb",
– Prokurorluğun açıqlamasında deyilir.

Daxili İşlər Nazirliyinin 5 noyabr tarixində yaydığı açıqlamaya görə, kriminal fəaliyyətdə iştirak etdiyinə və dəstək verdiyinə görə ümumilikdə 34 nəfər saxlanılıb. Xüsusi əməliyyat nəticəsində Laqodexi bələdiyyəsinin sakini, 1973-cü il təvəllüdlü Mirzə Əliyev öldürülüb. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Mirzə Əliyev xüsusi təyinatlılara atəş açıb və cavab atəşi nəticəsində dünyasını dəyişib.

Mirzə Əliyevin ailə üzvləri atəşi ilk açan şəxsin Əliyev olduğunu təsdiqləyirlər. Onlar izah edirlər ki, Əliyev özünümüdafiə məqsədilə atəş açıb, çünki o, cinayətkar qrupun ona hücum etdiyini düşünürdü və silahlı şəxslərin xüsusi təyinatlılar olduğunu bilmirdi. Ailə üzvləri də Mirzə Əliyevin kriminal aləmlə əlaqəsi olduğu barədə məlumatları təkzib edirlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər