Ətraf Mühitə Nəzarət Departamentinin məlumatına görə, Dmanisidə
qanunsuz balıq ovu halı aşkar edilib.
Açıqlamaya görə, vətəndaşlar Dmanisi bələdiyyəsinin Ktsia kəndi
yaxınlığında Xrami çayında elektrikli avadanlıqdan istifadə edərək
şişmə qayıqla balıq tuturdular.
“Qanunsuz ovçular “Qırmızı Kitab” ilə qorunan alabalıq növləri də
daxil olmaqla, 60 kiloqrama qədər müxtəlif növ balıq tutublar.
Hadisə cinayət tərkibi daşıyır. Materiallar əlavə reaksiya üçün
müvafiq quruma göndərilib", – məlumatda deyilir.
Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət
Departamentinin açıqlamasına görə, elektrikli avadanlıqlarla təkcə
balıqlara deyil, həm də su ekosistemindəki bütün canlı orqanizmlərə
zərərli təsir göstərir. Bundan əlavə, onlar insan həyatı və
sağlamlığı üçün təhlükə yaradır. Məhz buna görə də ötən ildən
etibarən elektrikli avadanlıqlarla qanunsuz balıq ovu ilk dəfədən
cinayət məsuliyyətinə səbəb olur.
“Törədilmiş qanun pozuntusu 320 saatdan 400 saata qədər
icbari işlə və ya 2 ildən 4 ilə qədər həbs cəzası ilə
cəzalandırılır. Elektrikli avadanlıqların istehsalı, alınması,
saxlanması, daşınması, ötürülməsi, göndərilməsi və ya satışı da
cəzalandırılır”, – bəyanatda deyilir.
Ətraf Mühitə Nəzarət Departamentinin açıqlamasına görə, qanunsuz
balıq ovunun qarşısını almaq və aşkar etmək üçün departamentin
ekipajları ölkə daxilində 24 saat fasiləsiz xidmət həyata
keçirirlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.