BMT Təhlükəsizlik Şurası Suriya prezidenti Əhməd əl-Şaraaya
sanksiyaları ləğv edib.
Onun noyabrın 10-da Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə görüşü
planlaşdırılır.
ABŞ-nin hazırladığı qətnamə ilə noyabrın 6-da Suriya daxili işlər
naziri Ənəs Xəttaba sanksiyalar da ləğv olunub. Qətnamənin lehinə
14 səs verilib. Çin bitərəf qalıb.
Vaşinqton bir neçə aydır 15 üzvü olan Təhlükəsizlik Şurasını
Suriyaya
sanksiyaları yumşaltmağa çağırırdı. Tramp hələ mayda
sanksiyaları qaldıracağını deyirdi.
"Fikrimcə, o çox yaxşı iş görür. Çətin bölgədir, o da
çətin insandır, amma onunla çox yaxşı münasibət qurdum. Suriyada
çox irəliləyiş əldə olunub", – Tramp noyabrın 6-da
əl-Şaraa barədə deyib.
13 illik vətəndaş müharibəsindən sonra dekabrda islamçı "Həyat
Təhrir əş-Şam" (HTŞ) qrupunun başçılığı ilə üsyançı qüvvələr Suriya
prezidenti Bəşər əl-Əsədi devirib.
Daha öncə "Ən-Nüsrə Cəbhəsi" kimi tanınan HTŞ 2016-cı ildə
"əl-Qaidə" ilə əlaqələrini kəsib. 2014-cü ildən bu qrup BMT
Təhlükəsizlik Şurasının "əl-Qaidə" və "İslam Dövləti"nə qarşı
sanksiyalar siyahısındadır. HTŞ-nın bir çox üzvlərinə səyahət
qadağası, aktivlərin dondurulması və silah embarqosu qoyulub.
Çinin BMT-dəki təmsilçisi Fu Tsun ölkəsinin bitərəf qalmasını
qətnamədə Suriyada terrorçuluğa qarşı mübarizə və təhlükəsizlik
durumuna dair narahatlıqların düzgün əks olunmaması ilə izah
edib.
Çin Şərqi Türküstan İslam Hərəkatının Suriyadakı taleyindən
narahatlığını açıq dilə gətirir. Çin və Orta Asiyadan uyğur
döyüşçülər bu qrupun üzvləridir. Hüquq müdafiə təşkilatları Çini,
əsasən, müsəlman etnik azlıqlara qarşı genişmiqyaslı təzyiqlərdə
ittiham edir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.