2 noyabr gecəsi Tbilisidə iki azərbaycanlı gənc bir qrup şəxs
tərəfindən döyülüb.
Hadisə mağazada pul xırdalamaq üstündə yaranan mübahisədən sonra
baş verib.
Bu barədə zərərçəkənlərdən biri “Marneuli” radiosuna məlumat verdi.
O, müsahibəsində bildirdi ki, hadisə bir qadının mağazaya gəlməsi
və 3 larini 5 tetriliklərə dəyişmək istəməsi ilə başlayıb. İşçilər
bunun mümkün olmadığını izah etdikdən sonra
qadın onlara qarşı
aqressiv davranıb və söyüş söyməyə başlayıb.
“O qədər məbləği xırdalamaq olmaz. Biz orada 12 saat
işləyirik. Bizə də lazım olur. Dedik, əgər nə isə bir şey alsanız,
elə xırdalaya bilərik. Bunu deyəndə sual verdi: “Niyə olmaz? Mən
gəlib həmişə burada xırdalayıram və s. Söyüş söyməyə başladı. Mən
yaxınlaşdım kassaya. Ən başda mənim dostum idi kassada. Mənə dedi
sən gürcü dilini bilirsən? Dedim bəli, bilirəm. Başladı mənə də
ağzına gələni deməyə. Mən onu qadın olduğu üçün bu sözlərə görə
ciddiyə almadım. O, dostumla danışanda söhbətə mən də qarışdım. Mən
tərəfə gəldi, mənə yumruq atdı. Bu zaman qolundan tutdum. Qarşılıq
verəsi deyiləm ki, xanımdır”.
Gənc və dostu qadının mağazadan çıxmasını xahiş ediblər. Ancaq o,
yenə də söyüş söyməyə davam edib. Daha sonra qadın mağazanı tərk
edərkən işçiləri oğlunu çağıracağı ilə hədələyib.
“Mən 4-5 dəqiqə olardı ki, kassaya keçmişdim, gəldilər.
Videoda olduğu kimi ilk olaraq mənim üzərimə gəldilər. Biz növbəni
dəyişdik ki, kassada mən oturum, dostum sıraları düzsün. İlk
növbədə qadın içəri girdi, daha sonra digər 5 nəfər daxil oldular.
Tam üzlərinə baxa bilmədik. Həmişə də olur, 4-5 nəfər birlikdə
mağazaya gəlir. Biz oranın daimi işçiləri deyilik. Sadəcə 1
gecəliyinə kömək üçün getmişdik. Gecəni işləyib sabah tezdən
pulumuzu götürüb gedəcəkdik. Onlar qapıdan içəri girəndə mən digər
iki nəfər müştərinin aldığı məhsulları kompüterə vururdum. Alıcı
bir dənə də siqaret istədi, bunu göstərən an içəri girən şəxslərdən
biri arxa tərəfdən boğazımdan tutdu. 24 saatlıq “Spar”da mağazanın
rəhbərliyi olmur. Biz gəlirik, onlar təhvil verib
gedirlər”.
Gəncin sözlərinə görə, onlara ətrafdan yardım edən olmayıb.
“Hadisədən sonra bir qadın yaxınlaşıb, mənim pencəyimi
gətirdi. Əhvalımızı soruşdu. Polisi və təcili tibbi yardımı kimin
çağırdığını bilmirəm. Ayağımda şiş var, belimdə, ürək nahiyəsinin
arxasından, başımdan travma almışam. Onun müalicəsinə 20-25 gün
davam edəcəyəm. Yoldaşımın başında isə 2-3 dənə çapıq izi var.
Həkim mənə 1 ay ərzində arxası üstə uzanmalı olduğumu bildirdi.
Hələlik kənddə qalıb dincəlirəm. Yəqin ki, eyni millət olsaydıq,
belə bir halın baş verməsinə şans yox idi. Bəlkə elə başa düşdü ki,
biz onunla məzələnərək danışırıq. Qadındır, biz ona heç bir pis şey
demədik. Qadın olduğuna görə susduq”, – zərərçəkən
deyir.
Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyi 6 nəfəri
saxlayıb. Bunlar 1970-ci il təvəllüdlü Manana Qiorqobiani, 1996-cı
il təvəllüdlü J.Ç., 2000-ci il təvəllüdlü L.G., 1999-cu il
təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K.-nı, 1997-ci il
təvəllüdlü Ş.A.-dır.
Cinayəti törədən şəxsləri 9 ilədək azadlıqdan məhrumetmə cəzası
gözləyir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 225-ci və 126-cı maddələri
ilə aparılır ki, həmin maddələr qrup halında zorakılıq və onun
təşkilini nəzərdə tutur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.