Ukraynanın xarici işlər naziri Andriy Sibiha Tbilisinin
ittihamına cavab verib - “Pis nəticələrin bütün səbəbləri
Tbilisidədir, Kiyevdə yox”.
Nazir bu sözləri Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə
bağlı deputat Maka Boçorişvilinin bəyanatına cavab olaraq bildirib.
Boçorişvili iddia etmişdi ki, Ukraynanın hakimiyyəti Gürcüstanın
Avropa İttifaqına üzvlük istiqamətində “maneələr yaradır” və “mənfi
münasibət” nümayiş etdirir.
“Gürcü tərəf güzgüdə öz əksini görəndə inciməsin. Gürcüstanın Aİ-yə
inteqrasiyasında yaranmış mənfi nəticələrin səbəbləri Tbilisidə
axtarılmalıdır, Kiyevdə yox”, - Sibiha cavabında
əlavə edib.
“Biz dost gürcü xalqına yalnız bir arzu edirik – indiki
hökumətin siyasətindən asılı olmayaraq, gec-tez öz Avropa
arzularını reallaşdırsınlar. Gürcüstan Avropadır, ‘rus dünyası’
deyil”, - o, həmçinin vurğulayıb.
Xatırladaq ki, noyabrın 5-də Çində səfərdə olan Maka Boçorişvili
demişdi ki, Ukrayna 2022–2023-cü illərdə Gürcüstana Aİ namizəd
statusunun verilməsinə “mənfi münasibət” göstərib və “fərqli
formalarda Gürcüstanın Avrointeqrasiyasına qarşı çıxıb”.
Noyabrın 4-də isə Avropa İttifaqının 2025-ci il genişlənmə hesabatı
dərc olunub. Hesabatda Gürcüstandakı vəziyyətin “kəskin pisləşməsi
ilə bağlı ciddi narahatlıq” ifadə olunub.
Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki,
Gürcüstan Aİ namizədləri arasında yeganə ölkədir ki, irəliləyiş
yox, əksinə, ciddi geriləmə müşahidə olunur:
“Hazırda Gürcüstanın Aİ-yə aparan real yolu yoxdur –
vəziyyət kəskin dəyişməsə, o, sadəcə ‘nominal namizəd’ olaraq
qalacaq.”
Buna cavab olaraq Gürcüstanın baş naziri İrakli Kobaxidze “bugünkü
Avropa ölkələrinin əsas problemi suverenliyin itirilməsidir” və
“Avropada demokratiya, insan hüquqları və iqtisadi inkişaf
baxımından gedən tənəzzülün tezliklə dayanacağına ümid edirəm”, -
deyə bildirib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.