Ukraynada Rusiya hərbçisi əsir alınmış ukraynalı əsgəri edam
etməkdə təqsirli bilinərək ömürlük həbsə məhkum olunub.
İlk dəfədir Ukraynada bu ittihamla həbs cəzası kəsilir.
Ölkənin Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti noyabrın 6-da
bildirib ki, Zaporojyedəki məhkəmə 27 yaşlı Dmitri Kuraşovu bu
cinayətə görə ömürlük həbsə məhkum edib.
Məhkəmə Rusiya ordusunun 127-ci Motoatıcı Diviziyasının "Storm-V"
hücum bölməsinin
nişançısı Kuraşovun silahsız ukraynalı əsgər
Vitali Xodnyuku yaxın məsafədən vurub öldürdüyünü müəyyən edib. Bu
bölmə həbsdən buraxılmaq qarşılığında Ukraynada döyüşə yazılan
məhkumlardan təşkil olunub.
Məhkəmənin qərarına görə, Xodnyuk sığınacaqdan silahsız çıxıb,
əllərini qaldırmaq və diz çökmək əmrlərinə əməl edib, Kuraşov isə
"Kalaşnikov" avtomatından atəş açıb.
Oğurluğa görə məhkum edilibmiş
Kuraşov Rusiyada oğurluğa görə məhkum edilibmiş. 2023-cü ilin
noyabrında amnistiya qarşılığında Rusiya Silahlı Qüvvələrinə
qoşulub, Zaporojye cəbhəsinə göndərilib.
Hadisədən sonra Ukrayna qüvvələri əks-hücuma keçərək mövqelərini
geri alıb, Kuraşov və daha dörd rusiyalı əsgəri əsir götürüb.
Onlardan bəziləri məhkəmədə onun əleyhinə ifadə verib. Kuraşov
döyüşdə bir gözünü itirib.
Kuraşov məhkəmədə əvvəlcə cinayətini etiraf edib. Sonradan
etirafını geri götürməyə çalışıb, digər bir əsgərin məsuliyyət
daşıdığını iddia edib. Ancaq məhkəmə digər əsirlərin ifadələrini,
dəlilləri nəzərə alaraq onu təqsirli sayıb.
Bu arada Ukrayna hakimiyyəti beynəlxalq hüququn digər pozuntularını
sənədləşdirir. Rusiya 2022-ci ilin fevralında Ukraynanın
tammiqyaslı işğalına başlayandan 320-dən çox ukraynalı hərbi əsirin
edamı artıq təsdiqlənib.
BMT-nin İnsan Hüquqları Monitorinq Missiyasının (HRMMU) fevral
hesabatında Rusiya hakimiyyəti Ukrayna hərbi əsirlərini "sistematik
və geniş yayılmış" işgəncəyə məruz qoymaqda ittiham olunub.
Hesabatda 2022-ci ilin fevralından bəri 71 ukraynalı hərbi əsirin
edamının təsdiqləndiyi bildirilib. Missiya 2024-cü ilin avqustundan
edamların "təhlükəli dərəcədə" artdığını, 24 insident zamanı azı 79
edamın baş verdiyini qeyd edib.
Sübutların artmasına baxmayaraq, Moskva hərbçilərinin Ukraynada
vəhşilik törətdiyini inkar edir.
{{AUDIO}}
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.