Marneulidə su və kanalizasiya layihəsinin başa çatdırılması 2026-cı ilin mart ayına planlaşdırılır
Marneulidə su təchizatı sisteminin yenidənqurulması davam edir – şəhərin bir hissəsində hərəkət məhdudlaşdırılıb.

Marneuli şəhərində su təchizatı sisteminin bərpası çərçivəsində bəzi küçələrdə hərəkət artıq 20 gündür ki, məhdudlaşdırılıb. İşlər altı zona üzrə aparılır və mərkəzi küçədə nəqliyyat yalnız bir istiqamətdə hərəkət edə bilir.

Layihə “China Geo-Engineering Corporation” şirkəti tərəfindən Gürcüstan Birləşmiş Su Təchizatı Şirkəti və Asiya İnkişaf Bankının sifarişi ilə həyata keçirilir.

Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin donor layihələri departamentinin rəhbəri Aleksandre Zabakidze “Marneuli” radiosuna müsahibəsində bildirib ki, Marneulidə su və kanalizasiya layihəsi artıq yekun mərhələsindədir.

“Layihənin əsas məqsədi şəhər əhalisini müasir və etibarlı su təchizatı və kanalizasiya infrastrukturu ilə təmin etməkdir. Hazırda əsas tikinti işləri demək olar ki, tamamlanıb. Mərkəzi Rustaveli küçəsi müvəqqəti bağlanıb, çünki orada boru xətlərinin birləşdirilməsi və asfaltlama işləri aparılır. İşləri mümkün qədər tez və keyfiyyətli şəkildə başa vurmağa çalışırıq ki, nəqliyyat hərəkəti normal rejimdə bərpa olunsun,” – deyə Zabakidze bildirib.

Şirkət nümayəndəsinin sözlərinə görə, layihənin tam başa çatdırılması gələn ilin mart ayına planlaşdırılıb.

“İş qrafikinə əsasən, bütün layihənin 2026-cı ilin birinci rübünün sonuna qədər yekunlaşması nəzərdə tutulur. Hazırda işlərin aparıldığı sahələrdə əhaliyə su təchizatı normal rejimdə verilir. Əgər hər hansı qəza vəziyyəti yaranarsa, yerli xidmət mərkəzinin əməkdaşları bizim dəstəyimizlə dərhal müdaxilə edib suyun verilməsini bərpa edəcəklər. Yeni su sisteminə tam keçid isə layihə tam başa çatdıqdan sonra həyata keçiriləcək,” – deyə Zabakidze əlavə edib.

Marneuli və onun kəndlərində su və kanalizasiya layihəsinin icrasına 2019-cu ildə start verilib. Layihə çərçivəsində yollar qazılıb, infrastruktur zərər görüb, ictimai nəqliyyat və şəxsi avtomobillər də müəyyən ziyan dəyib.

Əvvəlcə layihə “Akelik Group” şirkəti tərəfindən 2021-ci ilin martına qədər tamamlanmalı idi, lakin şirkət öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 55 milyon 940 min 22 ABŞ dolları dəyərində olan layihə dayandırılıb.

Yeni müqavilə bundan sonra Su Təchizatı Şirkəti ilə Türkiyə və Çin şirkətləri arasında imzalanıb. Hazırda işləri “China Geo-Engineering Corporation” (CGC) və “POLAT Yol Yapi Sanayi ve Ticaret A.Ş.” həyata keçirir.

Layihəyə
Asiya İnkişaf Bankının dəstəyi ilə 135 milyon lariyə yaxın vəsait ayrılıb. Layihə çərçivəsində yeni su təchizatı şəbəkəsi, nasos stansiyası, su anbarları, yeni kanalizasiya sistemi və müasir standartlara cavab verən təmizləyici qurğu tikilir.

Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saatlıq fasiləsiz su təchizatı və yenilənmiş kanalizasiya infrastrukturu ilə təmin olunacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google