Xülasə
- Brüsseldəki rəsmilər Aİ-nin genişlənməsinin
yenidən gündəmdə olduğunu deyirlər.
- Podqoritsa 2026-cı ilin sonunadək Aİ-yə üzvlük
danışıqlarını yekunlaşdırmağı hədəfləyir.
- Tirana hökuməti danışıqları 2027-ci ildə
yekunlaşdırmağı planlaşdırır və Avropa Komissiyası bunu real
sayır.
- Moldova Ukrayna ilə yollarını ayırsa, üzvlük
danışıqlarına başlaya bilər. Ukraynanın qarşısını bir ildən çoxdur
Macarıstan kəsib.
Avropa Komissiyası 2029-cu ilin sonunadək, hazırkı beşillik mandat
bitənədək yeni üzvləri qəbul etmək
niyyətində ciddidir. Bunu Avropa
İttifaqının (Aİ) icraedici qanadının illik genişlənmə hesabatına
əsasən demək olar. Komissiya artıq dörd əsas namizədi
müəyyənləşdirib: Albaniya, Moldova, Monteneqro və Ukrayna.
Hesabat noyabrın 4-də təqdim olunub və keçən ilin sonunda
fəaliyyətə başlayan yeni komissiyanın ilk hesabatıdır. 10 potensial
üzv ölkənin, o cümlədən Bosniya və Herseqovina, Gürcüstan, Kosovo,
Şimali Makedoniya, Serbiya və Türkiyənin proqresini (yaxud bunun
olmamasını) qiymətləndirmək üçün hazırlanıb.
AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozvyak builki
sənədin aşkar geosiyasi məzmun daşıdığını yazır.
Brüsseldəki rəsmilər Aİ-nin genişlənməsinin yenidən gündəmdə
olduğunu deyirlər. Sonuncu dəfə 2013-cü ildə Xorvatiya bloka
qoşulub. 2020-ci ildə Britaniyanın çıxması ilə Aİ tarixində ilk
dəfə kiçilib.
Bu sürət dəyişikliyinin əsas səbəbi isə Rusiyanın 2022-ci ildə
Ukraynada başlatdığı tammiqyaslı müharibədir. Aİ-nin xarici siyasət
rəhbəri Kaya Kallasın sözlərinə görə,
"geosiyasi
dəyişikliklər genişlənməni zəruri edir. Genişlənmə sadəcə yaxşı bir
seçim deyil, dünya səhnəsində daha güclü oyunçu olmaq istəyiriksə,
bu, bir zərurətdir".
Monteneqronun 2028 gözləntisi
R.Yozvyak Monteneqronun növbəti üzvü olmaq şansının böyük olduğunu
yazır. Podqoritsa 2026-cı ilin sonunadək Aİ-yə üzvlük danışıqlarını
yekunlaşdırmağı hədəfləyir. Elə hesabatda da bu ölkənin ambisiyalı
hədəfə doğru getdiyi qeyd olunur.
Amma üzvlüklə bağlı yekun qərarı Aİ-nin 27 üzvü yekdilliklə verir.
Podqoritsa 13 ildir danışıqlar aparır, 33 fəsil üzrə danışıqlara
başlasa da, onların yalnız yeddisini bağlaya bilib. Daha beş
məsələnin dekabra qapanması planlaşdırılır, amma Aİ diplomatları
bunu çox nikbin gözlənti sayırlar.
Beləliklə, gələn il çox tez görünsə belə, Monteneqronun 2028-ci
ildə Aİ-nin 28-ci üzvünə çevriləcəyinə dair ümumi gözlənti var.
Albaniya növbəti güclü namizəddir
Albaniya Aİ-yə üzvlük üçün növbəti ən güclü namizəd ola bilər.
Tirana hökuməti danışıqları 2027-ci ildə yekunlaşdırmağı
planlaşdırır və Avropa Komissiyası bunu real sayır. Son 12 ayda
Albaniya namizədlik üzrə təsirli proqres əldə edib: 33 fəsildən
28-ni açmağı bacarıb və qalan beş fəsil üzrə danışıqlara bu ayın
sonunda başlanması gözlənilir.
Lakin əsas və daha çətin məsələ fəsilləri bağlamaqdır. Tirana həm
də imic problemi ilə üz-üzədir: Ölkə getdikcə daha populyar turizm
məkanına çevrilir, bir çox avropalılar orada sahil ərazilərində
mülklər alırlar. Amma Albaniya hələ də mütəşəkkil cinayətkarlığın
mərkəzi kimi mənfi reputasiyadan tam xilas ola bilməyib.
Elə Avropa Komissiyası da Tiranaya narkotik qaçaqmalçılarına qarşı
araşdırmaları gücləndirmək, cinayətkar qrupları müəyyənləşdirib
zərərsizləşdirmək üçün daha çox səylər göstərməyi tövsiyə edir.
Bəs Moldova və Ukrayna?
Bu iki ölkənin adı qoşa çəkilir, çünki 2022-ci ildə üzvlüyə
birlikdə müraciət ediblər. Amma ayrılacaqlarına dair şayiələr də
yayılıb.
Yolları ayrılsa, Moldova üzvlük danışıqlarına başlaya bilər.
Ukraynanın qarşısını bir ildən çoxdur Macarıstan kəsib. Bu durum
gələn ilin aprelində sonuncuda parlament seçkisinədək dəyişənə
oxşamır.
Moldova Aİ-yə 2028-ci ildə, Ukrayna da elə bu onillikdə qoşulmağa
ümid edir, baxmayaraq ki, Rusiyanın təcavüzkar müharibəsi davam
edir.
Macarıstanı çıxmaqla, Aİ-nin qalan üzvləri Kişinyov və Kiyevlə
texniki işi davam etdirməyə razılaşıblar.
Genişlənmə daha rahat getsinmi?
Genişlənmə prosesini daha praktik etməklə bağlı da danışıqlar
gedir. Avropa Komissiyasının prezidenti Antoniu Koşta üzvlük
danışıqlarının başlanması və bitməsi üçün yekdillik ideyasını
ortaya atıb. Aİ üzvləri isə prosesi yavaşıtmaq üçün bəzi maneələrin
olmasını istəyirlər.
Problem yaradan təkcə Macarıstan deyil: Bolqarıstan Şimali
Makedoniyanı bloklayır, Xorvatiya Serbiyanı nəzarətdə saxlamaq
istəyir.
Bu dörd namizəddən ən çətin durumda olanı Ukraynadır: həm ölçüsünə,
həm də müharibənin yaratdığı problemlərə görə.
Avropa İttifaqı Albaniya, Moldova və Monteneqronu daha asanlıqla
qəbul edə bilər. A.Koşta deyir ki, təxminən 600 min nəfərlik
əhalisi olan Monteneqronu bu rəqəmlə Belçikanın Antverpen şəhəri
ilə eynidir. Albaniya və Moldovanın hər birinin əhalisi 3 milyondan
azdır və Romaya bənzəyir.
Bu ölkələr Aİ-nin 28-ci, 29-cu və 30-cu üzvlərinə çevrilərsə,
təəccüblənməyin, - R.Yozvyak yazır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.