Fransanın keçmiş prezidenti Nikola Sarkozi həbsdə üç həftə qalandan
sonra azad edilib.
Onun avtomobili yerli vaxtla günorta 3-də Parisdəki Sante
həbsxanasından çıxıb, az sonra avtomobil Parisin qərbindəki evinə
çatıb. Bundan təxminən saat yarım öncə məhkəmə keçmiş prezidentin
həbsdən azad edilməsinə qərar verib.
70 yaşlı Sarkozi apellyasiya şikayətinə martda baxılanadək
azadlıqda qala biləcək. Onun həbsdən buraxılmasını
məhkəmədə
prokurorluq da dəstəkləyib.
N.Sarkozi həbsdə beşillik cəzasını çəkməyə oktyabrın 21-də
başlayıb. Fransa mediası yazırdı ki, o, Aİ ölkələri arasında yalnız
məhkum edilən deyil, həm də həbsxanaya salınan ilk keçmiş dövlət
başçısı olub.
Sarkozi həbsdə qalmasını "kabus" adlandırıb, lakin həbsxana
əməkdaşlarına ona kömək göstərdikləri üçün təşəkkür edib.
Keçmiş prezident Parisdəki Sante həbsxanasında digər dustaqlardan
ayrı saxlanılırdı; qonşu kamerada mühafizəçilər növbə çəkirdi,
çünki keçmiş prezident təhdid olunurdu.
25 sentyabr
Sarkoziyə beş il həbs kəsildi – Qəddafinin pulları ilə bağlı iş
üzrə
Parisdə məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkozini 5 il
həbs cəzasına məhkum edib. O, 2005-2007-ci illərdə Liviya rejiminin
onun seçki kampaniyasını maliyyələşdirməsi işində cinayətkar
sövdələşmədə təqsirli bilinib. O zaman Liviyaya Müəmmar Qəddafi
rəhbərlik edirdi.
Keçmiş prezident bu iş üzrə digər epizodlarla bağlı bəraət alıb –
dövlət vəsaitlərinin mənimsənilməsi, passiv korrupsiya və seçki
kampaniyasının maliyyələşdirilməsi qaydalarının pozulması
ittihamları üzrə. Prokurorluq ona 7 il həbs cəzası istəmişdi.
70 yaşlı Sarkozi ittihamları rədd edib, işin siyasi motivli
olduğunu deyib.
2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozi 2011-ci ildə
Liviyaya hərbi müdaxiləni fəal dəstəkləyib. Bu müdaxilə nəticəsində
Qəddafi devrilib və öldürülüb.
Sarkozi ilk dəfə deyil məhkəmədə mühakimə olunur. 2021-ci ilin
martında o, korrupsiya və nüfuz alverində təqsirli bilinib, 1 il
həbs və 2 il şərti cəza alıb. Sonradan bu cəza elektron qolbaq və
qismən ev dustaqlığı ilə əvəzlənib.
Elə həmin ilin payızında o, 2012-ci il kampaniyasının qanunsuz
maliyyələşdirilməsinə görə bir daha məhkum olunub. Əvvəlcə ona 1 il
həbs cəzası kəsilib. Sonra bu cəza 6 aya salınıb, elektron qolbaqla
əvəz olunub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.