Yeni hazırlanmış 'Android' əsaslı zərərli proqram ATM-dən icazəsiz
pul çıxarmaq imkanı verir.
NGate adlı proqram telefonlardan bank məlumatlarını oğurlayaraq
ATM-lərdən nağd pul çəkməyə imkan yaradır. Yəni kartları fiziki
oğurlamağa ehtiyac qalmır.
NFC – cihazlar bir-birinə çox yaxın olduqda smartfonlar, ödəniş
kartları və terminal cihazları arasında əlaqə qurmağa imkan verən
simsiz texnologiyadır. Beləliklə, hakerlər bank kartınızı
oğurlamaq
əvəzinə, NGate zərərli proqramı ilə yoluxmuş mobil telefonda NFC
fəaliyyətini ələ keçirir, əməliyyat məlumatlarını ATM-lərdəki
cihazlara göndərirlər. NGate-də oğurlanan məlumatlar şəbəkə
vasitəsilə hakerlərin serverlərinə göndərilir.
Bundan ötrü ilk öncə qurbanın cihazına zərərli proqram
yerləşdirməlidirlər. Bu virus proqramını isə potensial qurbanlara
fişinq (dələduzluq) e-mail və ya SMS ilə göndərirlər.
Qurbana çevrilməmək üçün mütəxəssislər tətbiqləri yalnız "Google
Play", "Apple App" "Store" və ya rəsmi provayderlərdən yükləməyi,
cihazlarınızı antivirus proqramları ilə qorumağı, tanımadığınız
şəxslərin zənglərinə cavab verməməyi, şübhəli mətnləri açmamağı
tövsiyə edirlər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.