ABŞ Senatı hökuməti maliyyələşdirəcək qanun layihəsini təsdiqləyib
Noyabrın 10-da axşam ABŞ Senatı ölkə tarixində ən uzun şatdaunu (hökumətin bağlanması) sona çatdıracaq qanun layihəsini təsdiqləyib.

Layihə 60-40 səs çoxluğu, palatadakı bütün respublikaçıların və səkkiz demokratın dəstəyi ilə qəbul olunub. Demokratlar ilin sonunda bitəcək səhiyyə subsidiyilarını da hökumətin maliyyələşməsinə salınmasına çalışsalar da, bu cəhd uğursuz olub. Dekabrda bu subsidiyalarla bağlı səsvermə keçiriləcək, amma layihə onların davam
edəcəyinə təminat vermir. Səhiyyə subsidiyalarından 24 milyon amerikalı faydalanır.

İndi qanun layihəsi respublikaçıların nəzarət etdiyi Nümayəndələr Palatasına göndəriləcək. Spiker Mayk Conson deyib ki, bu qanunu çərşənbə günü (noyabrın 12-də) qəbul etməyi və imzalanması üçün prezidentə göndərmək istəyir. Prezident Donald Tramp bu layihəni "çox yaxşı" adlandırıb.

Əldə olunan razılaşma hökumətə yanvarın 30-dək maliyyə ayrılmasını təmin edəcək.

Bu razılaşma oktyabrın 1-də başlamış şatdaunu bitirəcək, federal qurumlar işini bərpa edəcək. Eyni zamanda, yanvarın 30-na qədər federal işçilərin ixtisarı da dayanacaq.

10 noyabr
ABŞ hökumətinin açıla biləcəyi ehtimalı qlobal səhmləri yüksəldir

Noyabrın 10-da qlobal səhm bazarlarında artım müşahidə olunub. "Reuters" yazır ki, investorlar ABŞ hökumətinin rekord uzunmüddətli bağlanmasının (şatdaun) yaxın zamanda bitəcəyinə ümidləniblər.

Noyabrın 9-da ABŞ Senatı federal hökuməti yenidən açmağı, 40 günlük şatdaunu bitirməyi hədəfləyən qanun layihəsini prosedur səsverməsi ilə təsdiqləyib. Daha öncə qanun layihəsi Nümayəndələr Palatasından keçmişdi. Hökumətin yanvarın 30-dək maliyyələşdirilməsi üçün layihəyə əlavə dəyişiklik edilməsi, illik üç büdcə paketinin salınması nəzərdə tutulur.

Sənədi 60 senator dəstəkləyib, 40-ı əleyhinə çıxıb. Büdcəni təsdiqləmək üçün 60 səs lazımdır, respublikaçılar isə yuxarı palatada 53 yerə sahibdirlər.

Bazar günü, noyabrın 9-da səkkiz demokrat senator Senatda və Ağ evdə respublikaçıların liderləri ilə razılığa gəlib. Onlar respublikaçıların tibbi sığorta subsidiyalarının uzadılması ilə bağlı vədi əvəzində hökumətin maliyyələşdirilməsi haqqında müvəqqəti qanun layihəsinə səs veriblər. Bu, demokratların əsas tələblərindən biri idi.

Prosedur baxışdan sonra Senat yekun səsvermə keçirməlidir. Daha sonra qanun layihəsi Nümayəndələr Palatasına qaytarılacaq. Ardınca da prezident Donald Tramp onu imzalamalıdır ki, bu da bir neçə gün çəkə bilər.

2026-cı il üçün tam büdcənin nə vaxt qəbul ediləcəyi hələ də məlum deyil.

"ABŞ-də ən uzunmüddətli şatdaunun mümkün sonu bazarlar üçün müsbət siqnaldır. Gözləntimiz odur ki, Nümayəndələr Palatası çərşənbə günü (noyabrın 12-də) səs verəcək, hökumət cümə günü (noyabrın 14-də) yenidən fəaliyyətə başlayacaq", – "TD Securities" investisiya bankının Asiya-Sakit okean üzrə baş strateqi Praşant Nyunaha deyib.

Hökumətin bağlanması ABŞ iqtisadiyyatına ciddi təsir göstərib, dövlət qulluqçuları maaşsız qalıb, ərzaq yardımı gecikib və hava nəqliyyatı pozulub.

Noyabrın 10-da neftin qiyməti yüksəlib, "Brent" markalı neft 0.83 faiz bahalaşaraq bir barel üçün 64.15 dollar, ABŞ xam nefti isə 0.92 faiz artaraq 60.31 dollar olub.

Qızılın bir unsiyasının (31.1 qram) spot qiyməti1.9 faiz artaraq unsiyası 4 min 74.81 dollara çatıb.

Vaşinqtonda Ronald Reyqan adına Milli Hava Limanı

6 noyabr
ABŞ aeroportlarında uçuşlar 10 faiz azaldılır. Şatdaun rekordu – 36 gün

ABŞ-nin 40 əsas hava limanında uçuşların sayı 10 faiz azaldılır. Ölkənin nəqliyyat naziri Şon Daffi noyabrın 5-də bunu şatdaunun (hökumətin bağlanması) artıq 36-cə günə keçməsi ilə izah edib.

ABŞ tarixində ən uzunmüddətli şatdaun səbəbindən 13 min hava hərəkəti dispetçeri, Nəqliyyat Təhlükəsizliyi İdarəsinin 50 min əməkdaşı maaş almadan işləməyə məcbur qalıb.

Tramp administrasiyası şatdaunun bitməsi üçün demokratlara təzyiqi artırır, aviasiya sahəsində ciddi pozuntuların baş verə biləcəyi ilə bağlı xəbərdarlıqlar edir. Demokratlar isə respublikaçıları əsas səhiyyə subsidiyaları ilə bağlı danışıqlardan imtina etdiklərinə görə günahlandırırlar.

Şatdaun başlayandan on minlərlə reys yubanıb. Aviaşirkətlər dispetçer çatışmazlığının azı 3.2 milyon səyahətçiyə təsir göstərdiyini bildirirlər.

Hökumət oktyabrın 1-dən bağlanıb. Bu müddətdə aztəminatlı amerikalılara ərzaq yardımı göstərilməyib. Hökumət bir sıra xidmətləri qapadıb, 750 minədək federal işçi məcburi məzuniyyətə göndərilib.

Cey Di Vens

31 oktyabr
Vensdən xəbərdarlıq: Şatdaun davam edərsə, aviasiya fəlakətlə üzləşər

ABŞ-də hökumət bağlı qalarsa, şatdaun Şükranlıq bayramı səyahətlərinədək uzanarsa, xaos yarana bilər. Belə bir xəbərdarlıqla oktyabrın 30-da vitse-prezident Cey Di Vens çıxış edib. O, demokratları hökumətin yenidən açılmasına səs verməyə çağırıb.

Vens açıqlamanı Ağ evdə "American Airlines" və "United Airlines" şirkətlərinin rəhbərləri, həmkarlar ittifaqları və digər aviasiya sənayesi təmsilçiləri ilə görüşdən sonra verib. Onun sözlərinə görə, şatdaun noyabrın sonunadək davam edərsə, daha çox işçi çatışmazlığına, təhlükəsizlik yoxlaması növbələrinin uzanmasına, reys gecikmələrinə səbəb ola bilər.

Bu il Şükranlıq bayramı noyabrın 27-nə düşür.

"Bu, tam mənada fəlakət ola bilər. Çünki o vaxta qədər insanlar artıq üç maaş almamış olacaqlar. Onlardan neçəsi işə gəlməyəcək?", – Vens deyib.

"Reuters" yazır ki, "Delta Air Lines", "United", "Southwest Airlines" və "American Airlines" Konqresi "müvəqqəti maliyyələşdirmə qərarı" (CR) adlı qanun layihəsini tez bir zamanda qəbul etməyə çağırıblar. Bu, hökumətin fəaliyyətini bərpa etməyə, səhiyyə siyasəti üzrə müzakirələri davam etdirməyə imkan verər.

ABŞ Nəqliyyat Departamentinin məlumatına görə, 30 günlük şatdaun vaxtı dispetçerlər işə çıxmadığına görə uçuşlarda gecikmələr artıb.

"Bu, iqtisadiyyata təzyiq göstərir. Təmiz bir CR qəbul etməyin vaxtıdır", – "United Airlines"ın rəhbəri Skott Kirbi jurnalistlərə deyib. O, durumun biletlərin satışına da təsir göstərdiyini əlavə edib.

Kadr çatışmazlığı
Mənbələrə görə, hökumətin bağlanması ucbatından 13 min hava dispetçeri, Nəqliyyat Təhlükəsizliyi İdarəsinin (TSA) 50 min əməkdaşı maaşsız işləməyə məcbur olub.

Şatdaun onsuz da mövcud kadr çatışmazlığını daha da dərinləşdirib. İşə gəlməyənlərin sayı artıb. "Reuters" yazır ki, 2019-cu ildəki genişmiqyaslı pozuntuların təkrarlanma riski yaranıb. Həmin il 35 günlük şatdauna bu səbəbdən son qoyulub.

Rəsmilər bildiriblər ki, bazar günü – oktyabrın 26-da uçuşların 44 faizi, bazar ertəsi isə 24 faizi dispetçerlərin olmamasına görə gecikib. Şatdaundan öncə orta göstərici 5 faiz idi.

Artıq yüzlərlə dispetçerin aylıq ödənişləri etmək üçün ikinci iş tapdığı bildirilir. Hava şirkətləri, digər təşkilatlar hava limanlarında TSA əməkdaşlarına, federal işçilərə ərzaq yardımı göstərir.

Hazırda Federal Aviasiya Administrasiyasının (FAA) dispetçer sayı hədəf saydan təxminən 3 min 500 nəfər azdır. Onların çoxu hələ şatdaundan öncə artıq məcburi işləyirdi, həftədə altı gün işə çıxırdı.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google