ABŞ prezidenti Donald Tramp noyabrın 10-da Ağ evdə Suriya
prezidenti Əhməd əş-Şaraa ilə danışıqlardan sonra deyib ki,
Suriyanın uğur qazanması üçün bacardığını edəcək.
Vaxtilə "Əl-Qaidə"nin Suriyadakı qolu – "Ən-Nüsrə Cəbhəsi"nin
komandiri olan əş-Şaraa bu yaxınlaradək sanksiya siyahısında idi,
onun başına 10 milyon dollarlıq mükafat vəd olunmuşdu.
Onun Vaşinqtona səfərinin əsas məqsədlərindən biri ABŞ-nin sərt
sanksiyalarının tam
ləğvinin təşviqi idi. O, Tramp ilə qapalı
görüşdüyü vaxt ABŞ Maliyyə Nazirliyi "Sezar" sanksiyalarının 180
günlük dayandırıldığını açıqlayıb. Bu sanksiyaları yalnız ABŞ
Konqresi tamamilə ləğv edə bilər. Sanksiyalar 2019-cu ildə Bəşər
Əsəd rejimi dövründə insan haqları pozuntularına cavab olaraq
tətbiq edilib.
İlk dəfə idi Vaşinqtona Suriya prezidentinin səfəri gerçəkləşirdi.
Tramp ilə əş-Şaraa altı ay öncə Səudiyyə Ərəbistanında
görüşmüşdülər. Həmin görüşdən bir neçə gün sonra əş-Şaraa "xüsusi
kateqoriyalı qlobal terrorçu" siyahısından çıxarılıb.
"Reuters" yazır ki, əş-Şaraa ali xarici qonaqlardan fərqli
qarşılanıb. O, Ağ evə Qərb qanadının əsas qapısından deyil, yan
qapıdan daxil olub, jurnalistlər onun bir neçə saniyəlik
görüntüsünü çəkə biliblər.
Tramp media təmsilçilərinə əş-Şaraanı "güclü lider" kimi təqdim
edib, ona etimadını bildirib.
"Suriyanın uğurlu olması
üçün hər şeyi edəcəyik", – Tramp deyib.
ABŞ prezidenti əş-Şaraanın mübahisəli keçmişinə toxunaraq
"Hamımızın keşməkeşli keçmişi olub" deyib.
Suriya prezidenti isə sonradan "Fox News"a müsahibəsində silahlı
qruplaşma ilə əlaqəsinin keçmişdə qaldığını, Tramp ilə görüşdə bu
məsələni müzakirə etmədiklərini bildirdi.
Onun sözlərinə görə, Suriya artıq Vaşinqtonun geosiyasi müttəfiqi
olaraq görünür, təhdid kimi yox.
43 yaşlı əş-Şaraa ötən ilin dekabrında Suriya prezident Bəşər
əl-Əsəd devriləndən sonra hakimiyyətə gəlib.
Suriya bu yaxınlarda "İslam Dövləti" silahlı qruplaşmasına qarşı
ABŞ-nin başçılıq etdiyi qlobal koalisiya ilə siyasi əməkdaşlıq
bəyannaməsi də imzalayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin mediasına
deyib ki, Tramp ilə əş-Şaraanın görüşünün bir hissəsinə o da dəvət
olunub. Fidan Ağ evdə Tramp administrasiyasının rəsmiləri ilə
görüşlər keçirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.