FSB bildirir ki, Ukraynanın MiQ-31-i qaçırmasının qarşısını alıb
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) noyabrın 10-da bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyaya məxsus MiQ-31 qırıcısını qaçırmaq əməliyyatı alınmayıb. Bu qırıcı "Kinjal" qanadlı raketlərinin daşıyıcısıdır, Moskva onlardan Ukraynaya zərbələrdə istifadə edir.

FSB əməliyyatda "Bellingcat" araşdırma qrupunun əməkdaşının da iştirak etdiyini bildirib. Bu layihə Putin rejiminin cinayətlərini araşdırır, Rusiyada "arzuolunmaz təşkilat" və "xarici agent" kimi tanınır. FSB təmsilçisi "Rossiya-24"
telekanalının efirində deyib ki, ""Bellingcat" Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (MI6) nəzarətindədir".

FSB-nin iddiasına görə, "Bellingcat" əməkdaşı MiQ-31 pilotu ilə əlaqə saxlayıb.

"Qırıcını qaçırması təklif edilən pilotun dediyinə görə, 2024-cü ilin payızında onunla bir nəfər əlaqə saxlayaraq özünü nəşrin jurnalisti kimi təqdim edib, jurnalist kartını göstərib. Həmin şəxs qırıcıya dair məlumatları guya jurnalist yazısı üçün topladığını deyib", – FSB təmsilçisi bildirib.

FSB-nin iddiasına görə, qırıcını NATO-nun Rumıniyadakı aviabazası ərazisinə yönəltmək, orada isə hava hücumundan müdafiə vasitələri ilə vurmaq planlaşdırılırmış və bu insident Rusiya əleyhinə istifadə olunacaqmış.

Ukrayna və Britaniya bu iddiaları şərh etməyib. "Bellingcat" isə daim müstəqilliyini vurğulayıb, yalnız Rusiyanın deyil, digər ölkə təmsilçilərinin də törətdiyi cinayətləri araşdırdığını bildirib.

"Mi-8"i qaçıran pilot İspaniyada öldürülüb
2023-cü ildə rusiyalı hərbi pilot Maksim Kuzminov "Mi-8" vertolyotunu Ukrayna ərazisinə qaçırtmışdı. O, Ukrayna ilə əlaqə saxlayıb, ona qaçırma planı təklif olunub, həmin il avqustun 9-da Kuzminov bunu həyata keçirib.

Hadisə zamanı vertolyotda Kuzminovdan başqa daha iki ekipaj üzvü olub. Onlar pilotun qarşısını almağa çalışıb, enişdən sonra sərhədə doğru qaçıblar. Ukrayna mətbuatı hər ikisinin öldürüldüyünü yazıb.

Hadisədən sonra Kuzminov İspaniyada başqa adla yaşayıb. O, 2024-cü ilin fevralında İspaniyanın Alikant şəhərində öldürülüb. Təhqiqatçılar Rusiya xüsusi xidmətlərinin iştirakından şübhələnirlər. Qonşusu onun "Makarov" tapançasından çoxsaylı güllə yaraları almış meyitini qarajın yanında tapıb.

2022-ci ilin yayından FSB Ukrayna kəşfiyyatının bir neçə oxşar əməliyyatının üstünü açdığını bildirib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google