'Reuters': Qəzzanın parçalanması getdikcə real görünür
Qəzzanın faktiki olaraq İsrailin və HƏMAS-ın nəzarət etdiyi ərazilərə bölünməsi getdikcə real görünür. "Reuters" bunu çoxsaylı mənbələrə istinadla yazır. ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu təşkilat kimi tanıyır.

ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsə nail olmuş sülh planının sonrakı mərhələləri, hələlik, yubanır. Altı avropalı rəsmi "Reuters"ə deyib ki, planın növbəti mərhələsinin icrası faktiki dayanıb, bərpa işlərinin
də İsrailin nəzarətində olan ərazidə aparılacağı görünür. Bu isə Qəzzanın illərlə bölünmüş qala bilməsinə apara bilər, - onlar xəbərdarlıq ediblər.

53 faizi İsrailin, qalanı HƏMAS-ın nəzarətində
Oktyabrın 10-da qüvvəyə minmiş planın birinci mərhələsinə görə, İsrail ordusu ərazinin 53 faizini nəzarətdə saxlayır. Buraya kənd təsərrüfatı ərazilərinin böyük hissəsi, Qəzza şəhərinin bəzi hissələri, digər şəhər yerləri daxildir.

Qəzzanın 2 milyonadək əhalisinin, demək olar, hamısı çadır şəhərciklərinə sığınıb. Ərazinin qalan hissəsi HƏMAS-ın nəzarətindədir.

Planın ikinci mərhələsində İsrail Tramp planında razılaşdırılmış "sarı xətt"dən geri çəkilməli, Qəzzanın idarəçiliyi üzrə keçid orqanı yaradılmalı, çoxmillətli təhlükəsizlik qüvvələri yerləşdirilməli, HƏMAS tərksilah olunmalı, bərpa başlamalıdır.

Planda icra üçün konkret qrafik, yaxud mexanizm nəzərdə tutulmayıb. HƏMAS tərksilah olmaqdan imtina edir. İsrail Qərbin dəstəklədiyi Fələstin hakimiyyətinin hər hansı iştirakını rədd edir. Çoxmillətli qüvvələrlə bağlı qeyri-müəyyənlik qalır.

"Reuters" 18 mənbəyə istinadla yazır ki, Birləşmiş Ştatlardan böyük təkan gəlməsə, "sarı xətt" Qəzzanı qeyri-müəyyən müddətə de-fakto ayıracaq.


Çoxmillətli qüvvələr ilə bağlı tərəddüdlər var
ABŞ BMT-nin Təhlükəsizlik Şurasına çoxmillətli qüvvələrə və keçid hökumətinə ikiillik mandat verəcək qətnamə hazırlayıb. Amma 10 diplomat hökumətlərin qüvvə ayırmağa tərəddüd etdiyini deyib.

Avropa və ərəb ölkələri məsuliyyət sülhyaratma missiyasını aşarsa, ona qoşulmaq istəmirlər. Çünki bu halda HƏMAS və digər Fələstin qrupları ilə birbaşa qarşıdurmaya gedə bilərlər.

Azərbaycanın da bu missiyaya qüvvə göndərəcəyi barədə Qərb mediasında xəbərlər yayılsa da, bununla bağlı rəsmi açıqlama verilməyib.

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzzanı yenidən tutmaq, yaxud idarə etmək niyyəti olmadığını açıqlayıb. Hökumətdəki ifrat-sağçı nazirlər 2005-ci ildə dağıdılmış yaşayış məntəqələrinin dirçəldilməsini tələb ediblər. Ordu da bu tələblərə qarşı çıxıb.

Netanyahu bunun qarşılığında Qəzzada sərhəd boyunca bufer zona yaratmaq vədi verib. Məqsəd HƏMAS-ın 2023-cü ilin oktyabr hücumunun təkrarlanmasını önləməkdir.

Qəzza razılaşmasına əsasən, HƏMAS həmin hücumda əsir götürdüyü israilli girovlardan sağ qalanları buraxıb, öldürülən girovların isə meyitlərini təhvil verməyə başlayıb. Hücumda 1200 nəfər öldürülmüşdü. İsrailin bundan sonra Qəzzada başlatdığı əməliyyatlarda azı 67 min fələstinli qətlə yetirilib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google