Çeçenistanda məişət zorakılığından qaçmış Ayşat Baymuradova
Yerevanda ölü tapılandan sonra qəsdən öldürmə maddəsi ilə cinayət
işi açılıb.
Məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
Qurumun bildirdiyinə görə, cinayətdə iki nəfər ittiham olunur,
barələrində axtarış elan edilib. Ermənistan hüquq-mühafizə
orqanları bunu Baymuratovaya kömək etmiş "СК SOS" böhran qrupunun
müraciətinə cavab olaraq bildirib.
Artıq Ermənistanda dindirmələr, qadının meyitinin tapıldığı
mənzildə axtarış
aparılıb. Ekspertiza təyin olunub. Axtarışa
verilənlər barəsində həbs-qətimkan tədbiri seçilib. Amma hüquq
müdafiəçiləri həmin şəxslərin adlarının açıqlanmadığını
bildirirlər.
Çeçenistanlı A.Baymuratova keçmiş ərinin zorakılığına məruz
qalandan sonra Çeçenistandan qaçmışdı. Oktyabrın 20-də onun meyiti
bir mənzildə tapılıb. Qadına kömək etmiş hüquq müdafiəçiləri onun
ölümündə çeçenlərin əli olduğunu deyirlər. Baymuratovanın
tanışlarının dediyinə görə, onun atası Çeçenistanda güc
strukturlarında çalışıb, nənəsi isə Çeçenistanın birinci prezidenti
Əhməd Kadırovun yaxın qohumudur.
Ayşat Ermənistana qaçandan sonra sosial şəbəkələrdə Kadırov
rejimini, Çeçenistandakı patriarxal rejimi tənqid edirdi, harada
yaşadığını gizlətmirdi.
Polis müşahidə kameralarının köməyi ilə Ayşatın meyitinin tapıldığı
mənzildən çıxan iki nəfəri müəyyənləşdirib. Onlardan biri Ayşatın
münasibət saxladığı Karina İminova, digəri isə terrorçuluğun
maliyyələşdirilməsi üzrə məhkum edilmiş çeçen əsilli Səid-Həmzət
Baysarovdur. 2019-cu ildə ona qarşı bütün ittihamlar
qaldırılıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.