Noyabrın 11-də Türkiyədə prokuror İstanbulun həbsdə olan keçmiş
meri Əkrəm İmamoğluna 2 min ildən çox həbs cəzası tələb edib.
O, dövlətə milyardlarla lirə zərər vurduğu iddia edilən
genişmiqyaslı korrupsiya şəbəkəsinə rəhbərlikdə suçlanır. “Reuters”
xəbəri əldə etdiyi ittiham aktına əsasən yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan
İmamoğlu indiyədək bütün ittihamları rədd edib, siyasi
motivli
adlandırıb. Onun təmsil olunduğu CHP müxalifət partiyası son
iddiaların “cəfəngiyat” olduğunu bildirir.
İstanbul Baş Prokuroru Akın Gürlek mətbuat konfransında ittiham
aktını açıqlayıb. Sənəddə 402 nəfərin, o cümlədən keçmiş merin
adının yer aldığını, onların cinayətkar təşkilat yaratmaqda,
rüşvət, dələduzluq və tender pozuntularında ittiham olunduğunu
deyib. Gürlek bu şəbəkə 10 il ərzində Türkiyə dövlətinə 160 milyard
lirə (təxminən 3,8 milyard dollar) zərər vurduğunu bildirib.
CHP-nin İstanbul təşkilatının rəhbəri Özgür Çelik X platformasında
yazıb ki, ittiham aktı “mənasız” və “utancvericidir”. Onun
sözlərinə görə, məqsəd İmamoğlunun Türkiyə prezidenti olmaq
ümidlərini məhv etməkdir.
İstanbul bələdiyyəsi, İmamoğlunun vəkilləri mətbuatın şərh
sorğularına cavab verməyiblər.
Bu arada İstanbul prokuroru Ali Məhkəməyə müraciət edərək CHP-nin
bağlanmasını tələb edib. Prokurorluq müraciətində partiyanın
qanunsuz vəsaitlərlə maliyyələşdirildiyini, fəaliyyətinin “qadağan
olunmuş hərəkətlər”dən ibarət olduğunu iddia edib.
İmamoğlu martdan bəri korrupsiya ittihamı ilə həbsdədir. İyulda ona
şəhər baş prokurorunu təhqir və hədələməyə görə ayrıca həbs cəzası
alıb. Hökmdən apelyasiya şikayəti verilib.
Hökumət ittihamların siyasi motivli olmasını iddiasını rədd edir,
Türkiyə məhkəmələrinin müstəqil olduğunu bildirir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.