Biznesmen, Xaşuri Bələdiyyə Məclisinin “Gürcü Arzusu” partiyasından
olan sabiq deputatı Levan Qamrekeli saxlanılıb.
Qeyd edək ki, Qamrekeli illərlə Xaşuri Bələdiyyə Məclisinin üzvü
olub, lakin 2025-ci ilin seçkiləri üçün “Gürcü Arzusu”nun
namizədlər siyahısında onun adı artıq yer almırdı.
Xaşuri bələdiyyəsinin rəsmi saytındakı məlumata görə, onun iş
təcrübəsi belədir:
- 2006–2010 – Gürcü Neft Kəməri şirkətində tikinti
şöbəsinin rəisi;
- 2010–2014 – həmin şirkətdə baş direktorun tikinti üzrə
müavini;
- 2017–2021 – Xaşuri Bələdiyyə Məclisinin majoritar
deputatı;
- 2021-dən etibarən – Xaşuri Bələdiyyə Məclisinin
Osiavri-Xtsisi-Tsromi və Xale inzibati vahidlərinin
deputatı.
“BusinessPressNews” onun hansı əmlaka sahib olduğunu və hansı
bizneslərlə əlaqəli olduğunu araşdırıb.
Qamrekeli son əmlak bəyannaməsini 2025-ci ilin fevralında təqdim
edib. Bəyannamədən məlum olur ki, onun adına bir neçə torpaq sahəsi
və yaşayış evi qeydiyyatdan keçib.
Əmlakı:
- Xaşuridə torpaq (5 000 ABŞ dolları,
2024);
- Osiavri kəndində torpaq (10 000 dollar,
2022);
- Qomi kəndində torpaq (10 000 lari, 2023);
- Xaşuridə yaşayış evi (8 000 dollar,
2022);
- Tsromi kəndində torpaq (3 000 dollar,
2022);
- Aqar kəndində torpaq (31 000 dollar,
2022);
- Osiavridə torpaq (10 000 dollar, 2022);
- Qomidə iki torpaq – biri 20 000, digəri 30 000 lari
(2023);
- Xaşuridə ev (60 000 dollar, 2022);
- Bakurianidə mənzil (43 000 dollar, 2022);
- Qomidə torpaq (150 000 lari, 2022);
- Tsromidə torpaq (13 000 dollar, 2022);
- Kodisqaro kəndində torpaq (11 000 lari,
2022);
- Mitsobi kəndində torpaq (4 000 lari,
2022);
- Sative kəndində torpaq (4 000 dollar,
2022);
- Xtsisi kəndində torpaq (4 000 lari,
2023);
- Xaşuridə ev (35 600 dollar, 2022);
- Xaşuridə mənzil (15 500 dollar, 2022).
Onun həyat yoldaşının da adına 3 torpaq sahəsi qeydiyyatdadır –
Osiavri və Axsopeli kəndlərində 1 500–7 000 larilik sahələr, habelə
2016-cı ildə hədiyyə yolu ilə alınmış 2 000 m² qeyri-yaşayış
sahəsi.
Nəqliyyat vasitələri:
Qamrekelinin adına bahalı avtomobillər də qeyd olunub:
- Mercedes G-Class – 500 000 lari (2022);
- Volvo G7108 – 190 000 lari (2022);
- Mitsubishi Pajero – 23 000 lari (2022);
- Toyota Land Cruiser – 58 000 dollar
(2022);
- Toyota Hilux – 90 000 lari (2022);
- Daihatsu – 11 000 lari (2022);
- BMW X7 – 95 000 dollar (2023);
- VAZ 2107 – 6 000 dollar (2024);
- Ford Transit (yük maşını) – 40 000 lari
(2022);
- Solg (yükqaldıran) – 47 000 dollar
(2024);
- Howo (avtomexanik maşın) – 50 000 lari
(2022).
Bundan əlavə, onun 3 yük və 1 minik avtomobili də var idi, lakin
markaları göstərilməyib.
Maliyyə vəziyyəti:
Bəyannaməyə əsasən, onun bank hesablarında ümumilikdə 1 130 000
lari, nağd şəkildə isə 50 000 dollar olub. Pulun mənbəyi kimi
fermer fəaliyyəti göstərilib.
Biznes əlaqələri:
O, üç şirkətin sahibi və direktorudur:
- “Ta-Ta” MMC
- “Super Group LDBJ” MMC
- “Le Ga” MMC
Hər birində 100%-lik paya malikdir.
“Ta-Ta”dan 30 000 lari, “Le Ga”-dan isə 450 000 lari gəlir əldə
edib. Fərdi sahibkar kimi isə 3 000 000 lari gəlir bəyan edib.
2024-cü ildə Xaşuri bələdiyyəsində sədrin birinci müavini
vəzifəsində çalışarkən illik maaşı 39 778 lari olub.
Onun 1 700 000 lari məbləğində istehlak krediti də mövcuddur
(2024–2031-ci illər), həmin ildə kredit üçün 462 000 lari
ödəmişdir.
Bundan başqa, bəyannamədən görünür ki, Qamrekeli xeyriyyə
fəaliyyəti ilə də məşğul olub – bu məqsədlə 400 000 lari
xərcləyib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.