Kriptovalyuta əməliyyatları tənzimlənə bilər
“Gürcüstan Milli Bankı haqqında” orqanik qanuna edilən dəyişiklik – bankın nəzarət səlahiyyətlərinə dair məsələ parlamentin birinci oxunuşda dəstəyini alıb.

Söhbət virtual aktivlərlə (kriptovalyuta ilə) əlaqəli əməliyyatların tənzimlənməsindən gedir. Qanun layihəsinə əsasən, Milli Banka virtual aktivlər sahəsində hansı fəaliyyətlərin “xidmət” hesab olunacağını müəyyən etmək səlahiyyəti verilir.

Sənədə görə, Milli Bank:
  • kriptovalyuta xidmətləri göstərən bizneslərdən istənilən məlumatı yerində və ya onlayn tələb edib ala biləcək;
  • onlar üçün nəzarət qaydaları
    və tələblər müəyyən edəcək;
  • minimal nəzarət kapitalının miqdarını və hesablanma üsulunu təyin edəcək;
  • kapital, aktiv və risklərin idarə olunması standartlarını müəyyənləşdirəcək;
  • risk çərçivəsini hazırlayıb əlavə tələblər tətbiq edə biləcək;
  • həmçinin, bu şirkətlər üçün istehlakçı hüquqlarının qorunması qaydalarını da müəyyən edəcək.
Milli Bank 2026-cı ilin 1 sentyabrınadək kriptovalyuta əməliyyatlarına nəzarətlə bağlı müvafiq normativ aktlar qəbul etməlidir.

Maliyyə-büdcə komitəsinin sədri Paata Kvijinadzenin sözlərinə görə, bu dəyişikliklər kriptovalyuta bazarının şəffaf və təhlükəsiz idarə olunmasına xidmət edir.

Layihə həmçinin bir neçə digər dəyişiklik də nəzərdə tutur:
  • Qanundan Milli Bank Şurasının ehtiyat fondunun vəsaitlərinin bölüşdürülməsi ilə bağlı səlahiyyəti çıxarılır.
  • Əlavə olaraq, əlaqəli sistemin mühüm iştirakçısı olan qeydiyyatdan keçmiş ödəniş xidməti provayderləri Milli Bankda hesab açmaq hüququna malik olacaqlar.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google