Ticarət obyektlərində istənilən bank kartı ilə bir terminalla
ödəniş etmək mümkün olacaq.
Bu barədə Parlamentin Maliyyə-Büdcə Komitəsinin sədri Paatа
Kvijinadze “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” qanuna
təklif olunan dəyişikliklərdən danışarkən bildirib.
Onun sözlərinə görə, bu, bütün bank kartlarını tanıyan və ödənişin
ən ucuz, sürətli və optimal yolunu avtomatik seçən “ağıllı
marşrutlaşdırma sistemi” olacaq.
Təklifin qüvvəyə
minmə tarixi barədə danışan Kvijinadze qeyd edib
ki, sistemin tətbiqi 2026-cı ilin aprelindən planlaşdırılır, lakin
bu tarix müzakirə ediləcək və dəqiqləşdiriləcək.
“Bu, “ağıllı marşrutlaşdırmadır”. Yəni ödəniş zamanı
sistem əməliyyatı həyata keçirərkən ən sürətli, ucuz və optimal
yolu seçəcək. Sadə dillə desək, bu gün mağazada bir neçə bankın
terminalı dayanır və bütün əməliyyatlar həmin bank vasitəsilə
gedir. Yeni sistemdə isə tək terminal bütün kartları tanıyacaq və
bankla birbaşa əlaqə olmadan, vəsait birbaşa mağazaya
köçürüləcək.
Məsələn, əgər ödənişi elə bir kiçik bankın kartı ilə edirsənsə ki,
onun öz ödəniş sistemi yoxdur, terminal avtomatik müəyyən edəcək
ki, bu əməliyyat üçün hansı yol daha ucuz və sürətlidir. Xaricdə
yəqin görmüsünüz — bir terminal verilir və istənilən kartla ödəniş
etmək mümkündür,” — deyə Kvijinadze izah edib.
O əlavə edib ki, ağıllı sistemə uyğunlaşmaq üçün ödəniş xidməti
provayderlərinə müəyyən vaxt veriləcək və Milli Bank bu
mexanizmlərin hazırlanmasına məsul olacaq. Qanun layihəsinə əsasən,
bu müddət aprelə qədər nəzərdə tutulub, amma bu, “dəyişməz qayda
deyil” və müzakirələr açıq qalacaq.
Məlumat üçün: Parlamentdə hazırda “Ödəniş sistemləri və ödəniş
xidmətləri haqqında” qanuna dəyişikliklərlə bağlı komitə
müzakirələri keçirilir. Layihədən bəzi maddələr — məsələn, bank
kartı ilə ödənişlərdə banklara yuxarı komissiya həddi qoyulması
nəzərdə tutulan hissələr müvəqqəti olaraq çıxarılıb.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.