Etirazçılar COP30 sammitinin keçirildiyi məkana zorla daxil olublar [Video]
12:00 / 12.11.2025
Braziliyada onlarla yerli (aborigen) etirazçı noyabrın 11-də COP30
iqlim sammitinin keçirildiyi məkana zorla daxil olub,
təhlükəsizlik işçiləri arasında qarşıdurma yaranıb.
Etirazçılar iqlimlə bağlı tədbirlər görülməsini, meşələrin
qorunmasını tələb edirlər.
COP30 Braziliyanın Amazon bölgəsindəki Belem şəhərində
keçirilir.
Etirazçıların bəziləri torpaq hüquqları tələb ediblər, plakatlarda
"Torpağımız satılmır" şüarı yazılıb.
"Pulu yeyə bilmərik", – Tupinamba
icmasından Nato adlı lider
"Reuters"ə deyib.
"Torpaqlarımızı aqrar biznesdən, neft hasilatından,
qeyri-qanuni mədənçilərdən, ağac kəsənlərdən azad görmək
istəyirik", – o əlavə edib.
İki təhlükəsizlik əməkdaşı yüngül xəsarət alıb. Etirazçıların
əlindəki çubuqlar müsadirə olunub. Təhlükəsizlik işçiləri onları
məkandan çıxarıb, girişdə masalarla baryer qurublar.
Toqquşmadan az sonra etirazçılar dağılışıblar. Bu arada sammitin
keçirildiyi məkana doğru yüzlərlə etirazçı yürüş edib.
Braziliya prezidenti Luis İnasiu Lula da Silva builki COP30
danışıqlarında yerli icmaların əsas rol oynadığını vurğulayıb.
Həftənin əvvəlində onlarla yerli icma lideri danışıqlarda iştirak
etmək, meşələrin idarə olunmasında daha çox söz sahibi olmaq tələbi
ilə qayıqla Belemə gəliblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.